Doğru zamanda yuxuya getmək

Son güncelleme: 11.02.2010 14:20
  • Amerikada edilən bir araşdırmaya görə, gecə yarısından sonra yatan yetkinlik çağındakı gənclərin depressiyaya girmə riski 24% nisbətində artır

    Doğru zamanda yuxuya getmək sağlam bir düşüncəyə sahib olmanın açarlarından biridir. Gecikmiş və ya qeyri-kafi bir yuxu isə, gün ərzində yuxu halı və ya yuxusuzluq kimi çətinliklərin baş göstərməsinin ardından diyabet kimi problemlər yaşanmasına səbəb ola bilər. Bu təsbit xüsusilə yetkinlər üçün daha təhlükəlidir.

    New Yorkdakı Kolumbiya Universiteti tərəfindən, 1994 ilə 1996 illəri arasında icra edilən iş, yetkinlik çağındakı 15659 gənci əhatə edir. Bu gənclərin valideynlərinin %54-i uşaqlarının axşam saat 22.00-da, 21%-i 23.00-da və25% isə gecə yarısı və ya daha gec saatlarda yatdıqlarını ifadə edirlər. Gənclərin 70-i isə yatağa ana-atalarının istədiyi saatda girdiklərini söyləyirlər.

    Amerikalı araşdırmaçılar tərəfindən əldə edilən məlumatlar istiqamətində ortalama yuxu müddəti 7 saat 53 dəqiqə olaraq hesablandı. Araşdırmaya görə, erkən yatan gənclər daha uzun müddət yatırlar. Saat 23.00-da yatanlar 33 dəqiqə, gecə yarısı yuxuya gedənlər isə ortalama 40 dəqiqə əskik yatırlar.

    İşin başındakı ad olan Ceyms Gangwisch, səhv yuxu saatlarının depressiya üçün, tək olmasa da, əhəmiyyətli bir risk faktoru meydana gətirdiyini ifadə edir. Araşdırma əhatəsindəki gənclər arasından 1000 depresif vəziyyətdəykən 2000 intihar narahatlığı daşıyır.

    Bu məlumatlarla yuxu saatlarını bir araya gətirən araşdırmaçılar, gecə yarısından sonra yatan uşaqların depressiyaya girmə ehtimallarının 24% daha yüksək olduğunu təsbit etdilər. İntihar meyliylə əlaqədar risk çoxu isə 20% nisbətindədir.

    Burada meydana bir başqa faktor daha girir: yuxu müddətinin necə qəbul edildiyi və hiss edilən "təmin" duyğusudur. Bu məzmunda, 5 saat və altı yatdıqlarını söyləyən yetkinlik çağındakı gənclərin 70%′i, digərlərinə nisbətlə, depresif olmağa daha uyğundur, 482%i intihar düşüncəsinə yaxın olurlar. Gangwisch bu nöqtədə keyfiyyətli bir yuxunun, yetkinlik çağındakı depressiyanın qabağına keçmədə bir tədbir ola biləcəyini ifadə edir.
#11.02.2010 14:20 0 0 0