Ayrılıq bəhanələri

Son güncelleme: 11.02.2010 20:18
  • İlişkinizin yaxşı getdiyini düşünürkən, sevdiyiniz sizi sevdiyi halda, ayrılmalı olduğunuzu deyir və səbəblərini sıralayır. Bəs sizə deyilən səbəblərin gərçəkdə nə anlama gəldiyini bilirsiniz mi? Oxuyun o zaman

    Eşqlər sonsuza qədər davam edəcək deyil ki, sonlanar əlbətdə. Ama sevginin qurtardığını sevgilisinə açıqca etiraf edə bilən insan sayısı çox azdır. Hər zaman bəhanələrə baş vururlar. Bu işin kişisi qadını da yoxdur üstəlik. Hər iki cinsdə bu bəhanələrdən yararlanır

    Sənin sevginə layiq deyiləm ya da sən məndən yaxşılarına layiqsən
    Düzdü məni çok sevirsən ama mən səni sənin məni sevdiyin qədər sevmirəm. e, bu da deyilməz ki Mənim könlüm uçarı bir o çiçəyə, bir bu çiçəyə qonmaq istiyir. Ancaq sən sevdiyin zaman özünə kör köranə bağlı birini istiyirsən. Mən bir həftə biriylə, bir ay başqasıyla yaşamaq istəyirəm. İndi səni aldatsam da ayıb olacaq. Ən yaxşısı sən yoluna, mən yoluma

    Mən səni xoşbəxt edə bilmərəm
    Dünyaya baxışımız fərqlidi. Sən ayrı dünyanın insanısan, mən ayrı dünyanın. Eyni musiqini dinləmirik, eyni filmə getmirik, eyni içkini belə içmirik. Bizim birliktəliyimiz ancaq bir neçə günlük həyəcan ola bilər. İndi bunu sənə belə desəm; „Demək hər şey bir yalandı" deyəcəksən. Mən də sənə cavab verəcəm; „Sənin xoşbəxt olmağını istəyirəm ama mənsiz"

    Səni sevirəmm ama ailəmi də sevirəm və vazgeçə bilmərəm...
    Mən Ana (ya da Ata) quzusuyam. Atam-Anam ne deyərsə o olar. Onlara qarşı çıxsam, xərcliyimi kəsərlər, maşınımı altımdan alarlar, 5 qəpiksiz ortada qalaram. Həm eşq dediyin nədir ki? Keçici bir həvəs. Mən onların istədiyi biriylə evlənərsəm gəlsin pullar Pula arxa çevirib, səninlə ola bilmərəm incimə...

    Sevgimiz həyəcanını itirdi...
    Adrenalin bağımlısıyam. Mən eşq-meşq deyil, sadəcə həyəcan istiyirəm. Bunu da mənə ancaq başqa bir sevgi verər. Səni atmağa niyyətliyəm ama "Mənə həyəcan lazımdı" deyə bilmirəm. İndi bilirəm sən özünü dəyişdirməyə çalışacaqsan. Saç şəklin, makiyajın, geyimlərinlə məni yenidən həyəcanlandırma ğa çalışacaqsan. Ama boşa yorulma. Çünkü "Bu sevgi burda bitər və mən çıxıb gedərəm"

    Problem səndə deyil məndədi...
    Bu cümlənin davamı çox böyük ehtimalla bu cür gələcəkdir. Başımın içindəki problemləri həll edə bilmədiyim üçün münasibətimizə konsantre ola bilmirəm. Ama demək istədiyi əslində budur: "Səndən bezdim". Artıq həyatımdan çıxmanı istəyirəm. Onsuzda mənim başımdakı tək problem sənsən. Sən olmasan o qədər rahatlayacam ki, başa sala bilmərəm bunu sənə. Məni başa düş artıq rahat burax məni...

    Zamana ehtiyacım var...
    Səndən ayrılmaq istəyirəm ama bunu sənə birdəfiyə desəm məndən niyə deyə soruşacaqsan. Mən də başqasından xoşlandığımı deyə bilməyəcəyim üçün doğru-dürüst bir səbəb göstərə bilməyəcəm. Biraz ayrı qalarıq. Mən sənə arada bir zəng edərəm. Sonra da zənglərim seyrəkləşər. Aramızdakı münasibət soyuyar, bəlkə bir müddət sonra da sənə "Bu zaman içində çox düşündüm ama səninlə ola bilmərəm" deyəcəm. Beləcə bu işdə burda sonlanar...

    Çok yaxşı insansan ama...
    Çok yaxşı bir sevgili deyilsən. Mən, məni həyəcanlandıracaq ayağımı yerdən kəsəcək, yeri gəldiyində məni süründürəcək birini axtarıram. Halbu ki, sən, mənim hər dediyimi edirsən. Hər dərdimə çarə tapırsan, düzdü mən də sevirəm ancaq dost kimi. Yaxşısı budu "Sən özün kimi bir təzə bahar seç" mən də öz yoluma gedim...
#11.02.2010 20:18 0 0 0