Bakı və Abşeron yarımadasında fevralın 11-də havanın buludlu, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 2-4 dərəcə isti, axşam 0 dərəcəyə yaxın olacaq.
Fevralın 12-də havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.
Fevralın 13-də havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti olacaq.
Fevralın 14-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər yarımadanın bəzi yerlərində havanın çiskinli, yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz 4-6 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 12-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında yağıntının intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.
Fevralın 13-14-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Fevralın 13-də gecə ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Fevralın 13-də gündüz qərb rayonlarında, fevralın 14-də gündüz isə şərq rayonlarında tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq. Bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.