Quranda hidayət amilləri

Son güncelleme: 12.02.2010 23:39
  • Cənab ustad Nasir Sübhani buyurur:
    "Əgər hər hansı bir jurnalist bütün dünya xalqları ilə müsahibə apara və onlardan bu sualı soruşa ki, dünyada nəyi axtarırsınız?
    Ola bilsin verilən cavablar zahirdə müxtəlif olsunlar, amma həqiqətdə hamı bunu demək istəyəcək ki, bu dünyada səadət və xoşbəxtlik axtarırlar".
    Amma hər kəs xoşbəxtliyi bir şeydə görür və o şeyin dalıncadır və istəyir ki, onu əldə etsin.

    Biri xoşbəxtliyi qüdrətdə görür, digəri vəzifədə, başqa birisi dünya malını toplamaqda və bəzilərini də görürsən ki, şəhvətlərdə boğulmuş və bu dünyada heç nəyin fikrin etmir və nəyinsə qəmini yemir, məgər əyyaşlıq və sərxoşluq olmaya. Bəziləri xoşbəxtliyi özü istədiyi kimi evlənmək və yaxşı ailə sahibi olmaqda görür və s...
    Hər kəs xoşbəxtliyi bir şeydə gördüyü üçün də, həmin şeyin arxasınca qaçır və onu hər quymətə olsada belə almağa hazırdır.
    Amma göyləri və yerləri və onların arasındakıları yaradan xaliqə inanan insan, dünyanı əkin yeri hesab edir və o biri dünyaya qəlbən inanır və xoşbəxtliyi başqa bir şeydə axtarır.
    Onun fikrincə həqiqi və əbədi xoşbəxtlik Allahın əzabından nicat tapmaq, onun razılığını qazanmaq və ilahinin vədə verdiyi cənnətə daxil olmaqdır.
    Bu yazıda, Allah-taala bizi buna müvəffəq edərsə, mömin qardaş və bacılarımıza nicat və hidayətin ki, həqiqi səadət və xoşbəxtlikdir, şərtləri haqqında Qurani-kərimin ayələrinə əsasən söz açacayıq.
    Bizə vacibdir ki, məscidlərin minarələrindən azan səsi səmanı nurlandırdığı, müəzzinin "Həyyə ələl-fəlah" - Tələsin nicata - çağırdığı və İlahi əzabdan nicat tapmağa və Allah-taalanın rizayətini qazanmağa dəvət etdiyi zaman , Allahın dəvətini qəbul edək və nicat və hidayətə doğru tələsək.
    يا أَيُّهَا الَّذينَ آمَنُوا اسْتَجيبُوا لِلَّهِ وَ لِلرَّسُولِ إِذا دَعاكُمْ لِما يُحْييكُمْ وَ اعْلَمُوا أَنَّ اللَّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَ قَلْبِهِ وَ أَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ (انفال 24(
    "Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) də'vət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin də'vətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!" (Ənfal/24).
    Həzrət Petğəmbər (s) də buna dəvət edir və buyurur:
    "قولوا لا الهالا اللهتفلحوا"
    "Allahdan başqa Allah yoxdur deyin və - şirklə dolu həyatdan - nicat tapın!"
    Indi isə birlikdə Qurani-kərimin nurlu və şəfa verici ayələrinin qarşısında baş əyib və onlarda düşünməklə xoşbəxtliyə çatmağın yolunu öyrənək.
    اعوذ باللهمن الشیطان الرجیم
    بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحيمِ‏
    الم (1)
    ذلِكَ الْكِتابُ لا رَيْبَ فيهِ هُدىً لِلْمُتَّقينَ (2)
    الَّذينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَ يُقيمُونَ الصَّلاةَ وَ مِمَّا رَزَقْناهُمْ يُنْفِقُونَ (3)
    وَ الَّذينَ يُؤْمِنُونَ بِما أُنْزِلَ إِلَيْكَ وَ ما أُنْزِلَ مِنْ قَبْلِكَ وَ بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ (4)
    أُولئِكَ عَلى‏ هُدىً مِنْ رَبِّهِمْ وَ أُولئِكَ هُمُ الْمُفْلِحُونَ (5)
    1)- Bismillahir-rəhmanir-rəhim!
    1. Əlif, Lam, Mim.
    2. Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə(Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.
    3. O kəslərki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.
    4. O kəslərki, sənə göndərilənə (Qur'ana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar,
    5. Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.
    6. (Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.
    2)- (Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir. (Ali-Imran/104)
    وَ لْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَ يَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَ أُولئِكَ هُمُ الْمُفْلِحُونَ (104)
    3) - Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız! (Ali-Imran/130).
    يا أَيُّهَا الَّذينَ آمَنُوا لا تَأْكُلُوا الرِّبَوا أَضْعافاً مُضاعَفَةً وَ اتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ (130)
    4) - Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbr edin, (Allahın düşmənlərinə qələbə çalmaq uğrundakı müharibə və döyüşlərdə sizə üz verən müsibət və çətinliklərə) dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız! (Ali-Imran/200)
    يا أَيُّهَا الَّذينَ آمَنُوا اصْبِرُوا وَ صابِرُوا وَ رابِطُوا وَ اتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ (200)
    5)- Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız! (Maidə/35).
    يا أَيُّهَا الَّذينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَ ابْتَغُوا إِلَيْهِ الْوَسيلَةَ وَ جاهِدُوا في‏ سَبيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ (35)
    6)- Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! (Maidə/90).
    يا أَيُّهَا الَّذينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَ الْمَيْسِرُ وَ الْأَنْصابُ وَ الْأَزْلامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيْطانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ (90)
    7)- Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq (xəbərdar etmək) üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi (yer üzünün varisləri etdi), sizi xilqətcə (onlardan) daha qüvvətli (üstün) etdi. Allahın ne'mətlərini yada salın ki, bəlkə, nicat tapasınız!" (Ə`raf/69).
    أَ وَ عَجِبْتُمْ أَنْ جاءَكُمْ ذِكْرٌ مِنْ رَبِّكُمْ عَلى‏ رَجُلٍ مِنْكُمْ لِيُنْذِرَكُمْ وَ اذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفاءَ مِنْ بَعْدِ قَوْمِ نُوحٍ وَ زادَكُمْ فِي الْخَلْقِ بَصْطَةً فَاذْكُرُوا آلاءَ اللَّهِ لَعَلَّكُمْ تُفْلِحُونَ (69)
    8)- Ey iman gətirənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız! (Ənfal/45).
    يا أَيُّهَا الَّذينَ آمَنُوا إِذا لَقيتُمْ فِئَةً فَاثْبُتُوا وَ اذْكُرُوا اللَّهَ كَثيراً لَعَلَّكُمْ تُفْلِحُونَ (45)
    9)- Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!) (Həcc/77).
    يا أَيُّهَا الَّذينَ آمَنُوا ارْكَعُوا وَ اسْجُدُوا وَ اعْبُدُوا رَبَّكُمْ وَ افْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ (77)
    10)- O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula-ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) ne'mətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Qur'anın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!" (Ə`raf/157).
    الَّذينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الْأُمِّيَّ الَّذي يَجِدُونَهُ مَكْتُوباً عِنْدَهُمْ فِي التَّوْراةِ وَ الْإِنْجيلِ يَأْمُرُهُمْ بِالْمَعْرُوفِ وَ يَنْهاهُمْ عَنِ الْمُنْكَرِ وَ يُحِلُّ لَهُمُ الطَّيِّباتِ وَ يُحَرِّمُ عَلَيْهِمُ الْخَبائِثَ وَ يَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَ الْأَغْلالَ الَّتي‏ كانَتْ عَلَيْهِمْ فَالَّذينَ آمَنُوا بِهِ وَ عَزَّرُوهُ وَ نَصَرُوهُ وَ اتَّبَعُوا النُّورَ الَّذي أُنْزِلَ مَعَهُ أُولئِكَ هُمُ الْمُفْلِحُونَ (157)
    11)- Lakin Peyğəmbər və onunla birlikdə olan mö'minlər malları və canları ilə cihad etdilər (vuruşdular). Bütün ne'mətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır! (Tövbə/88).
    لكِنِ الرَّسُولُ وَ الَّذينَ آمَنُوا مَعَهُ جاهَدُوا بِأَمْوالِهِمْ وَ أَنْفُسِهِمْ وَ أُولئِكَ لَهُمُ الْخَيْراتُ وَ أُولئِكَ هُمُ الْمُفْلِحُونَ (88)
    12) - Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman mö'minlərin sözü ancaq: "Eşitdik və itaət etdik!" - deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! (Nur/51).
    إِنَّما كانَ قَوْلَ الْمُؤْمِنينَ إِذا دُعُوا إِلَى اللَّهِ وَ رَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ أَنْ يَقُولُوا سَمِعْنا وَ أَطَعْنا وَ أُولئِكَ هُمُ الْمُفْلِحُونَ (51)
    13) - 1. Həqiqətən, mö'minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)
    2. O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt'i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)
    3. O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər;
    4. O kəslər ki, zakat verərlər;
    5. O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;
    6. Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.
    7. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).
    8. O mö'minlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər);
    9. Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar);
    10. Onlardır (bilin) varis olanlar -
    11. Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar! (Möminin/1-11).
    قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ (1)
    الَّذينَ هُمْ في‏ صَلاتِهِمْ خاشِعُونَ (2)
    وَ الَّذينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ (3)
    وَ الَّذينَ هُمْ لِلزَّكاةِ فاعِلُونَ (4)
    وَ الَّذينَ هُمْ لِفُرُوجِهِمْ حافِظُونَ (5(
    إِلاَّ عَلى‏ أَزْواجِهِمْ أَوْ ما مَلَكَتْ أَيْمانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومينَ (6(
    فَمَنِ ابْتَغى‏ وَراءَ ذلِكَ فَأُولئِكَ هُمُ العادُونَ (7(
    وَ الَّذينَ هُمْ لِأَماناتِهِمْ وَ عَهْدِهِمْ راعُونَ (8(
    وَ الَّذينَ هُمْ عَلى‏ صَلَواتِهِمْ يُحافِظُونَ (9(
    أُولئِكَ هُمُ الْوارِثُونَ (10(
    الَّذينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فيها خالِدُونَ (11(
    14) - (Ya Rəsulum!) Yaxın qohuma, yoxsula (miskinə), (pulu qurtarıb yolda qalan) müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını (Allahın camalını) diləyənlər üçün bu daha xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər) məhz onlardır! (Rum/38).
    فَآتِ ذَا الْقُرْبى‏ حَقَّهُ وَ الْمِسْكينَ وَ ابْنَ السَّبيلِ ذلِكَ خَيْرٌ لِلَّذينَ يُريدُونَ وَجْهَ اللَّهِ وَ أُولئِكَ هُمُ الْمُفْلِحُونَ (38)
    15) - Tövbə edərək iman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, onların nicat tapmaları mümkündür. (Qəsəs/67).
    فَأَمَّا مَنْ تابَ وَ آمَنَ وَ عَمِلَ صالِحاً فَعَسى‏ أَنْ يَكُونَ مِنَ الْمُفْلِحينَ (67)
    16) - Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla - öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir). (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır. (Mücadilə/22).
    لا تَجِدُ قَوْماً يُؤْمِنُونَ بِاللَّهِ وَ الْيَوْمِ الْآخِرِ يُوادُّونَ مَنْ حَادَّ اللَّهَ وَ رَسُولَهُ وَ لَوْ كانُوا آباءَهُمْ أَوْ أَبْناءَهُمْ أَوْ إِخْوانَهُمْ أَوْ عَشيرَتَهُمْ أُولئِكَ كَتَبَ في‏ قُلُوبِهِمُ الْإيمانَ وَ أَيَّدَهُمْ بِرُوحٍ مِنْهُ وَ يُدْخِلُهُمْ جَنَّاتٍ تَجْري مِنْ تَحْتِهَا الْأَنْهارُ خالِدينَ فيها رَضِيَ اللَّهُ عَنْهُمْ وَ رَضُوا عَنْهُ أُولئِكَ حِزْبُ اللَّهِ أَلا إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْمُفْلِحُونَ (22)
    17)- (Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir! (Həşr/9).
    وَ الَّذينَ تَبَوَّؤُا الدَّارَ وَ الْإيمانَ مِنْ قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هاجَرَ إِلَيْهِمْ وَ لا يَجِدُونَ في‏ صُدُورِهِمْ حاجَةً مِمَّا أُوتُوا وَ يُؤْثِرُونَ عَلى‏ أَنْفُسِهِمْ وَ لَوْ كانَ بِهِمْ خَصاصَةٌ وَ مَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولئِكَ هُمُ الْمُفْلِحُونَ (9)
    18)- 1. And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta);
    2. And olsun (günəşin) ardınca çıxan aya;
    3. And olsun onu (günəşi) parlaq edən gündüzə;
    4. And olsun onu (günəşi) örtən gecəyə;
    5. And olsun göyə və onu yaradana;
    6. And olsun yerə və onu döşəyənə;
    7. And olsun nəfsə və onu yaradana (ona biçim verənə);
    8. Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,
    9. Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!
    10. Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır. (Şəms/1-10).
    وَ الشَّمْسِ وَ ضُحاها (1(
    وَ الْقَمَرِ إِذا تَلاها (2)
    وَ النَّهارِ إِذا جَلاَّها (3)
    وَ اللَّيْلِ إِذا يَغْشاها (4(
    وَ السَّماءِ وَ ما بَناها (5(
    وَ الْأَرْضِ وَ ما طَحاها (6(
    وَ نَفْسٍ وَ ما سَوَّاها (7(
    فَأَلْهَمَها فُجُورَها وَ تَقْواها (8(
    قَدْ أَفْلَحَ مَنْ زَكَّاها (9(
    وَ قَدْ خابَ مَنْ دَسَّاها (10(
    19)- O gün (qiyamət günü) çəki (əməllərin tərəzidə çəkilməsi) haqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır!(Ə`raf/8).
    وَ الْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ فَمَنْ ثَقُلَتْ مَوازينُهُ فَأُولئِكَ هُمُ الْمُفْلِحُونَ (اعراف/8)
    20) - "Məhz tərəziləri ağır gələnlər (dünyada yaxşı əməlləri çox olanlar) nicat taparlar".(Möminin/102).
    فَمَنْ ثَقُلَتْ مَوازينُهُ فَأُولئِكَ هُمُ الْمُفْلِحُونَ (مومنون/102)
    Bu ayələri oxuyub, onların mənasında düşündüyümüz zaman bu nəticəyə çatırıq ki, əbədi xoşbəxtlik və səadətə çatmaq bu ayələrdə gələn və aşağıda sadalayacağımız sifətlərə sahib olmaqın nəticəsində mümkündür:
    1. Allaha və qeyb aləminə inam, qəlbən iman gətirmək və müvəhhid olmaq.
    2. Qurana və ondan əvvəlki səmavi kitablara inanmaq.
    3. Axirət dünyasına inanmaq.
    4. İslam Peyğəmbərinə (s) iman gətirmək və onun yolunu davam etdirmək.
    5. Quranın əmrlərini yerinə yetirmək.
    6. Namazı əda etmək.
    7. Zəkat vermək.
    8. Baqşqalarını Allahın dininə dəvət etmək və bu işdə məsuliyyətli olmaq.
    9. Yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək.
    10. Həram mal və ribadan (sələm) qorunmaq.
    11. Təqvalı olub, Allahın qəzəbindən qorxmaq.
    12. Səbirli olmaq.
    13. Dində və dini dövləti və dini əraziləri qorumaqda sabit və möhkəm olmaq.
    14. Allaha yaxın olmaq üçün saleh əməllər etmək və Allahla öz aranda vasitə seçmək.
    15. Həram içkilərdən qorunmaq.
    16. Qumardan uzaq olmaq.
    17. Şans yoxlamaq və qeybdən danışmaqdan (Latareya oynamaq və cindarlıq və ya falçılıq etməkdən) qorunmaq.
    18. Allahın nemətlərini yada salmaq və onlar barədə düşünmək.
    19. Allahın zikrini etmək və ondan qafil olmamaq.
    20. İbadət, rüku və səcdə əhli olmaq.
    21. Yaxşı işlər görmək üçün çalışmaq.
    22. Mal və can ilə Allah yolunda cihad etmək.
    23. Allahın və Rəsulunun (s) hikməti və tədbiri müqabilində təslim olmaq.
    24. Faydasız və yersiz işlərdən çəkinmək.
    25. İffətli və namuslu olmaq və zinadan qorunmaq.
    26. Əmanətdarlıq.
    27. Zəiflər, yoxsullar, kimsəsizlər və qohumların haqqını əda etmək.
    28. Tövbə əhli olmaq və günahlardan peşmançılıq hissi keçirtmək.
    29. Allahın və Rəsulunun (s) düşmənləri ilə dostluq etməmək, əgər qohumlardan olsalar da belə.
    30. Bəxillikdən uzaq olmaq və ürəyi bu kimi rəzil sifətlərdən təmizləmək.
    31. Ürəyi rəzilətlərdən təmizləmək və onu fəzilətlərlə zinətləndirmək.
    Əziz mömin və müsəlman bacı və qardaşım bu ayələri güzgü olaraq ruhunun gözü önündə tut və gör ki, bu sifətlərdən hansılarını özündə doğrultmusan və dünya və axirətdə nə qədər xoşbəxtsən.
    Allahın salam və rəhməti sizlərə olsun.
#12.02.2010 23:39 0 0 0