Yuxusuzluğun və zehni yorğunluğun səbəbləri

Son güncelleme: 13.02.2010 13:57
  • Son zamanlar yorğunluqdan şikayətlənənlərin sayı artır.

    Qısası, yorğunluq artıq ciddi bir problemə çevrilməkdədir. Bunun səbəbi nədir? Lent.az mütəxəssislərin bu sahədə fikirlərini təqdim edir.


    Yorğunluq problemi həmişə olub. İnsanlar səhər erkən qalxar, axşama qədər ağır işlərdə çalışar, evə döndükdə yorğunluqdan şikayətlənərdi. Bugünkü yorğunluqların səbəbi isə fərqlidir. Yaşadığımız yorğunluq epidemiyasının bir "müasir zaman xəstəliyi" olduğu görünməkdədir. Çünki indi yorğunluq dedikdə masa başında mürgüləmək, gün boyu işsizlik edib tənbəllikdən yorulmaq başa düşülür. Çoxumuzu iş deyil, pis düşüncə və qorxulara qapılmaq yorur. Qısası, vücudumuzdan çox, ruhumuz yorğundur.


    40-50 il əvvəl yorğunluqdan şikayətlənənləri həkimlər "Get bir az istirahət et, gözəl bir yuxu yat" deyə evinə göndərərdi. İndi isə yuxu istirahət etdirmək əvəzinə adamı daha da yorur. Dərin bir yuxuya gedib mışıl-mışıl yata bilmirik. Nəzərə alaq ki, yeyib-içdiklərimiz də bizi yorğun sala bilir. Sürətlə yemək, spirtli içkilərdən istifadə etmək, səhərdən axşama qədər ac gəzib, axşam yatağa girəndə nələrsə yemək kimi səhvlərimiz səbəbindən yorğun düşürük. Həddindən artıq şəkərli, bol unlu, yağ-duz-nişasta ilə zəngin fast-food qidalar da yorğunluq yaradan səbəblərdəndir.


    Ruhi yorğunluğun əhəmiyyətli bir səbəbi də depressiyadır. Yorğunluq xəstələrinin çoxunda yüngül, ya da ağır bir "xroniki depressiya" müəyyən olunur. Stress də burada az əhəmiyyət daşımır. Dərmanlar da var. Sakitləşdiricilər, allergiya dərmanları, xolesterol salıcılar, ağrıkəsicilər, əzələ boşaldıcıları, qrip-soyuqdəymə dərmanları bizi ən çox yoran kimyəvi maddələrin önündə durur. Gözdən qaçan bir yorğunluq səbəbi də həddindən artıq kofein istifadəsidir. Gündəlik kofein qəbulu kilo başına 10 milliqramı keçdikdə, "yorğunluq istehsalçısına" çevrilir. Yaddan çıxarmayaq ki, kofeini yalnız çay və qəhvədən yox, həm də şokolad, enerji içkiləri, kolalar, hətta bəzi ağrıkəsicilərdən də alırıq.


    Yorğunluq probleminin hər keçən gün bir az da irəlilədiyini düşünürsünüzsə, gizli bir infeksiyanın, ürək, böyrək, qaraciyər kimi bir orqanda inkişaf edən çatışmazlıq halının, qan azlığının, hormonal bir azalmanın və ya çatışmazlığın, əzələ və sinir xəstəliklərinin də yorğunluq şikayətinə səbəb ola biləcəyi ağlınızda olsun. Qısası, yorğunluq deyib keçməyin, iki-üç həftədən uzun sürən yorğunluqlara əhəmiyyətli dərəcədə diqqət yetirin
#13.02.2010 13:57 0 0 0