en varli azerbaycanli - Varli azerbaycanlilar - Azərbaycanlı Varlılar - azerbaycanda varlilar
- özünüz bilirsiniz kimin qardaşının qızı və müvafiq olaraq özünüz bilirsiniz kimin əmisi qızı. Moskvada Lamborghini Diablo ilə fırlanan tək azərbaycanlıdır. Sür-süfətdən, yumuşaq desək, pis gündə olan bu qız, Rusyanın məşhur qlamur meymunu Kseniya Sobçakın padrujkasıdır. Hansı işnən məşqul olduğunu öyrənə bilmədik. Diyəsən kef eləməkdən başqa heç hə ilə məşqul olmur. Vid-fasondan bəxti gətirməsə də, başqa hər cəhətdən bəxti gətirib. 350 min dollarlıq maşınla xod gedən yeganə azərbaycanlıdır.
Aysel Huseynova (Trudel)
Moskvanın ən bahalı butiklərindən olan Soho, Aizel's Secret və Agent Provocateur dükkanlarının sahibidir. İtaliyalı Lui Trudelə ərə gedib və bəxti açılıb. Hal hazırda Marc Jacobs, Stella McCartney, Matthew Williamson, Michael Kors, Oscar de la Renta, Donna Karan, Ruffo, Alessandro DellAsqua, Helmut Lang, Calvin Klein Collection, Burberry Prosum, Celine, Lanvin və Christian Laboutin kimi super brentləri Rusya bazarında təmsil edir. Moskvada yaşayan bəzi həmyerlilərimiz bu xanımın kapitalının çox düz yoldan qazanılmadığını, borc içində olduğunu bizə deyiblər. Azərbaycanlılar belədir də, özümüzkilərin ayağından dartmaq adətimizdir. Deyirlər indi bu xanım Bakıda, Rəsul Rza küçəsində bir dükkan açıb.
Ast Telman
"Mardan Palace"da ən xoşbəxt olduğum yer girişdə atamın şəkli asılan yerdir"
Qısa müddətə marka olmaq başqa otelə nəsib olmayıb. Ancaq məşhur azərbaycanlı iş adamı Telman İsmayılovun "Mardan Palace" otelinə qismət olub. Lent.az-ın "Vətən" qəzetinə istinadən verdiyi məlumata görə, hətta məşhur türk maneken Şəbnəm Şefferi anasından istəyən elçinin qarşısına tək bircə tələb qoyulub: "Toy "Mardan Palace"da olacaqsa, verdik getdi!".[/imgOLD]
Mubariz Mensimov
"Forbes"in milyarderlər siyahısında ən gənc iş adamıdır
Jurnal "Palmali" şirkətlər qrupunun prezidentinin sərvətinin 1,3 milyard dollar olduğunu bildirib
Amerikanın maliyyə jurnalı "Forbes Magazine" keçirdiyi mətbuat konfransında dünya milyarderlərinin siyahısını açıqlayıb. Artıq 13 ildir bu siyahıda birinci yerdə olan Bill Qeys bu il iki pillə geri gedərək 3-cü yerdə qərarlaşıb.
Birinci yeri isə amerikalı iş adamı Uarren Baffet tutub. Mətbuat konfransında verilən məlumata görə, siyahıda adı açıqlanan 946 nəfərin sərvətinin ümumi məbləği 3,5 trilyon dollardır. Siyahıda 83 milyarder qadın var. O cümlədən 178 nəfər yeni siyahıya bu il daxil olub.
Qonşu Türkiyə cumhuriyyəti ABŞ, Almaniya, Rusiya, Hindistan və İngiltərədən sonra 26 milyarderlə siyahıda 6-cı ölkə olub. Siyahıya 1,3 milyard dollarlıq sərvəti ilə azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov da daxil olub. 39 yaşlı Mənsimov Forbes siyahısındakı ən gənc işadamıdır.
EMIN AGALAROV
dövlət başçısı İlham Əliyevin böyük qızının həyat yoldaşı və atası Araz Ağalarovun biznes-imperiyasının varisidir.
Emin uzun illər vokala aludə olub və artıq öz mahnılarından ibarət bir neçə disk buraxıb. İfa tərzinə görə Emin, demək olar ki, Elvis Preslini mənəvi müəllimi hesab edir.
Rəna Məmmədova - bu gözəl xanım Moskvadaki diasporamızın ən əsrarəggiz simasıdır. Haqqında çox az şey bilinir. Atası neft milyoneridir. Özünü ən dəbdə olan və ən bahalı eyləncə yerlərində və gecə klublarında çox tez-tez görmək olar. Amma kimdir, nədir, nəçidir bilən yoxdur. Bilən varsa, bizə də xəbər versin.
Aydan Salaxova - Nyu-Yorkda öz studiyası olan, amma Rusyada yaşayan bu xanım eyni zamanda deyilər rəsmi və çox hörmətli qurumun üzvüdür. Buna baxmayaraq, o Moskva tusovkasında yaxşı tanınınr. Helə bir yiyib-içməli tədbir olmur ki, bu xanım orda olmasın. Ancaq incəsənətlə məşqul olmağada vaxt tapır. Onun əsərləri Faridek Cadot (N.Y.), Berman-E.N. Gallery (N.Y.) və Sproviery's Gallery kimi məşhur qalereyalarda, Dövlət Tretyakov Qalereyasında (Moskva), İskəndər Xəlilovun şəxsi kolleksiyasında, Sereteli muzeyində, Broşe ve Novikov kolleksiyalarında var.
Özünüzdə başa düşdünüz ki, Aydan tanınmış rəssam Tahir Salaxovun qızıdır. Leninqradda doğulub, heç Bakıda yaşamayıb, 43 yaşı var, deyilənə görə azərbaycan dilini bilmir. 1992-ci ildə Rusiyanın ilk müasir incəsənət qallereyasını açıb. Əsərləri Azərbaycan üçün biraz qəribədir, kimi mövzular az deyil (diqqətli baxın, +16).
Böyük bacısı Alagöz Salaxova da rəssamdır, amma hələ tanınmış deyil. Bacısı kimi tusovkalarda da görsənmir. Arkadiy Raykinın oğlu, aktyor Konstantin Raykin ilə evli olub, çoxtan ayrılıblar. Öz prodüser mərkəzi var, indi də Aygün Beylərin prodüseridir.
Tatyana Məmmədova - Rusyada çox məşhur olan stilist və defile (moda göstərisi) təşkilançısı. Modelyer və eyləncə tədbirləri rejisoru kimi də tanınır. Pol Makartninin Qızıl Meydandakı konsertinin təşkilatçılarından biri olub. Ümumiyyətlə 300-dən çox əsassən moda şousunun təşkilatçısıdır.Daniya Kraliyyət Koleji məzunudur, Vyaçeslav Zaytsevin tələbəsi olub, Nyu-Yorkda stajırovka keçib. Moskvada helə bir tusovka, defile, moda sərgisi olmur ki, bu xanım orda iştirak etməsin. Deyilənə görə Moskvadakı azərbaycanlılar diasporundan oldukça uzaq durur.
Teymur Bül-Bül - keçmiş nazirimiz, indiki səfirimizin oğlunun mahir bir faqot ustası olduğunu bilirdiniz? Moskva Dövlət Konservatoriyasından məzun olub və hal-hazırda Dövlət Akademik Orkestrinin solistidir. 32 yaşı olan bu cavan, bu yaxınlarda Rusiya əməktar artisti adını alıb. Tusovka və gecə klublarında demək olar ki heç görsənmir, qudurğan məmur balalarından fərqli olaraq, sakit, tərbiyyəli gənc
Orxan Sultan - məşhur fransız modelyer Kastel de Bajak Orxanın işlərini görəndən sonra onu imtahansız Paristəki Es-Mod Yüksək Moda Məktəbinə dəvət edib. Orxan-Sultan moda evi Moskvada getdikçə populyarlşır. Agalarovlara məxsus olan Crocus City Mall ticarət mərkəzində və Crocus Expoda Orxanın sərgisi təşkil olunur. Tamara Qvertseteli, Alla Puqaçova və sair məşhurlarla yaxın olan Orxan, hal-hazırda Milana yolu düşüb və orda GUCCI firmasında modelyer olaraq işləyəcək. Deyilənə görə Fəxriyyə Xalafova onun Bakıya gəlməsinə qadağa qoyub.