Nyukasl Universitetinin keçirdiyi sorğunun nəticələrinə görə, britaniyalı kişilərin əksəriyyətinin fikrincə, qadın bütöv iş gününü çalışsa belə, onun yeri mətbəxdir. "Nə üçün ailənin bütün yükünü qadınlar öz zərif çiyinlərində daşıyırlar?" - sualına kişilər müxtəlif cür cavab veriblər. Bəziləri qadınların boş vaxtının çox olmasını, digərləri onların, kişilərdən fərqli olaraq, daha faydalı məhsullardan istifadə etdiklərini bəhanə gətiriblər.
Bəs siz əziz istifadəçilər necə düşünürsünüz kişilər bu qədərmi mətbəxtdə fərasətsizdirlər? Qadının yeri mətbəxdirmi?
Ümumiyyətlə qadının mətbəx qabiliyyətinin olması gələcəkdə quracağı ailənin sağlamlığında əsas yerlərdən birini tutur. Bildiyimiz kimi milli mətbəximiz dünyada məşhurdur,amma bu hallarla da az qarşılaşmamışıq ki, düşmənlərimiz milli yeməklərimizi də zaman keçdikcə öz adlarına çıxmağa çalışıblar. Gələcək nəsillərə bu cür gözəl mətbəximizin olmasını çatdırmaq üçün qızlarımızın analarından vacib məsləhətlər alması çox önəmlidir. lazım olanları öyrətmək isə bütün analara məxsus olan bir borcdur. Mətbəxdə səliqə-səhman yaratmaq, yemək bişirmək və. s işlər çox vaxt qadının üzərinə düşür. Ailə həyatının ilk günlərindən qadın özünün məişət vəzifələrini anlayır, dünyaya gətirəcəyi övladlarının sağlam, namuslu böyüməsi məsuliyyətini həm də öz üzərinə götürməyi bacarır və bu hal da hamıya məlumdur ki, Azərbaycan qadını hər zaman öz mətbəxinin yaxşı mənada hökmranıdı. Elə kişilər var ki, mətbəxdə qadına kömək etməyi sevirlər, elə qadınlar da var ki, kişinin mətbəxdə olmasını sevmirlər. Amma kişilər üçün mətbəxin arzu olunmaz yer sayılmasına baxmayaraq, bu heç də o demək deyil ki, onların yemək bişirmək qabiliyyətləri yoxdur ,əksinə onların arasında yaxşı aşpazlar az deyil. Mətbəxdə olmağı qadın və ya kişinin hüquq pozuntusu kimi qiymətləndirənlərə də rast gəlmək olur. Lakin hər kəs lazım gəldiyi zaman ona əziz olan ailə üzvlərinə yemək hazırlamağı qəbahət və problem saymır. Qarşılıqlı anlaşma, hörmət isə ailədə çox şeyi həll edir.
Qızlar, "Qadının yeri mətbəxdir "fikrinə münasibətiniz necədir?
Oğlanlar, mətbəxdə iş görmək bacarığınız varmı? Lazım gələrsə xanımınıza kömək etməyə razı olarsınızmı?