Aparılan araşdırmalara əsasən, ilk 30 saniyəyə iki insanın bir-birini anlaması üçün kifayət edir.
İndi isə iki gəncin bir-birində axtardıqları xüsusiyyətlər:
Zarafat qabiliyyəti.
Bir qadını və ya kişini güldürə bilmək, qəlbinin yarısını qazanma deməkdir. Zarafat təcrübəsi çox incə amma təsir edici bir silah kimi olmalıdır, kiçik bir zarafat amma bir anda bütün fikirləri dəyişdirə biləcək bir detaldır. Ağıllıcasına edilən zarafatlar, söhbətin səmimiliyini təmin edə bikləcək ən təsirli vasitədir.
Gülümsəmə.
Qadınların kişilərdə axtardıqları ən önəmli xüsusiyyət gülərüzlü olmağıdır. Üzünüzü aydın bir şəkildə ifadə edəcək bir gülüş, onu əldə etmənizi asanlaşdıracaq.. Nəticə, dəqiq və tezdir. Üstəlik gülümsəməyiniz, sizin nə hiss etdiyinizi bütün kəılimələrdən gözəl ifadə edə biləcək. Əyər xoşbətsinizsə, bir insandan xoşunuz gəlirsə, sevirsinizsə bunu tək kəlmə belə etmədən sadəcə bir gülümsəməyinizlə başa salın.
Gözlərinə baxmaq.
İnsanların gözləri bir çox şeyi ifadə edə bilər. Onun nə düşündüyünü anlamaq üçün ən yaxşısı onun gözünə diqqətlə baxın. Əyər bir qadın və ya kişi söhbət əsnasında gözlərini sizə baxmaqdan çəkindirərsə bilin ki, o insan çox mədəni və utancaq biridir. Əyər bir kişi sevdiyi insan yanında ola-ola başqasına nəzər yetirirsə bilin ki, o insan ilk öncə özünə daha sonra sizə hörmət etmir.
Təbiilik.
Təbiilik , səmimi olmağınızla qarşınızdakı insanı özünüzə cəzb edə bilərsiniz. Həyatı və insanları sevmək, yaşama enerjisi və həyəcan kişiləri də, qadınları da cəzb edər. Üstəlik heç bir çətinlik çəkmədən, təbii bir şəkildə...
Surprizlər..
Qadınlar və kişilər surprizləri çox sevirlər. Xüsusi günləri fürsət bilib, onu sevindirəcək hədiyyələr alın. Verəcəyiniz hədiyyənin içində seginizi ifadə edəcək bir şey olmalıdır mütləq. Necə təsirləndiyini, özünüz görəcəksiniz....