Sumqayıtdakı orta məktəbdə ölüm hadisəsi

Son güncelleme: 17.02.2010 18:01
  • noimage

    Sumqayıt şəhərində orta məktəbdə ölüm hadisəsi baş verib.

    Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.


    Hadisə bu gün səhər saatlarında 13 saylı orta məktəbdə qeydə alınıb. Adıçəkilən məktəbdə xadimə işləyən, 1956-cı il təvəllüdlü Atlas Mirzəyeva iş başında dünyasını dəyişib. İlkin olaraq xadimənin ürək tutmasından öldüyü ehtimal olunur.


    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

    LENT.AZ
#17.02.2010 18:01 0 0 0