Məşhur şoumen boşanır

Son güncelleme:
  • noimage

    Türkiyənin məşhur şoumenlərindən Məmməd Əli Ərbildən boşanmağa hazırlaşan həyat yoldaşı Tuğba Coşqun Ərbil boşanma səbəblərini açıqlayıb.

    Lent.az "Vatan" qəzetinə istinadən bildirir ki, keçmiş model Tuğba Ərbil ərindən ayrılmağının səbəbləri belə izah edib: "Bir ay yarım əvvəl boşanmağa artıq qərar vermişdim. Lakin Məmməd Əli razılaşmırdı. O, məndən son bir şans istədi. Həmin vaxt münasibətlərimizə bir az fasilə verdik. Ancaq həmin müddətdə Məmməd Əli günahlarını yumaq əvəzinə, daha betər hərəkətlər elədi. Bizim bir övladımız var və boşanmadan evdən ayrılmadım, gözlədim".


    Tuğba Ərbilin sözlərinə görə, ərinin telefonunda bir qadının mesajını tapdıqdan sonra ailə həyatını bitirmək qərarına gəlib: "Müsahibələrimdə də həmişə söyləyirdim, "məni aldatsa, bu evlilik bitər". Aldadıldığımı ilk dəfə hiss etdim və ardınca bir çox dedi-qodular qulağıma çatmağa başladı".


    Tuğba Ərbil boşanmanın razılaşmalı olmasını istəsə də, şoumen bununla razılaşmır: "Bu qədər zamandır gözləyirəm ki, razılaşaraq boşanaq. Gah razılaşır, gah da imtina edir. Ya da "bir daha şans ver" deyərək başımı qatır. Ancaq məhkəmədə tək tərəfli boşana bilməm üçün dəlilim də, şahidim də çoxdur".


    Model son vaxtlar çəkdiyi əziyyətləri də dilə gətirməkdən çəkinməyib: "Neçə gecədir, mədəm ağrıyır, yata bilmirəm. Bu, haqsızlıqdır, layiq olmadığım şeyləri yaşayıram. Məhz uşağıma görə, eyni evdə qalmağa dözürəm. Nə edim, uşağı götürüb hara gedim? Məmməd Əli məni sevdiyini deyir. O da özünə görə sevir. Amma bir qadının qəbul edə bilməyəcəyi şeyləri yaşadım. Uşağım tədricən alışsın deyə o evdə qaldım, yoxsa bir dəqiqə belə o evdə dayana bilməzdim. Bilmirəm bu əziyyət daha nə qədər sürəcək".


    Qeyd edək ki, məşhur şoumen ilk evliliyi Muhsine Kamiloğlu ilə olub. Bu evlilikdən ilk qızı Sezin dünyaya gəlib. Boşandıqdan sonra Muhsine Kamiloğlu ilə ikinci dəfə nikah masasına oturub, ancaq yenə boşanıb. Daha sonra qızı Yasminin anası Nərgiz Kumbasarla evlənib. Dördüncü yoldaşı isə özündən 25 yaş kiçik Ankaralı Sədəf Altıntaş olub. 1,5 il davam edən evliliyin ardından oğlu Əli Sədinin anası Tuğba Coşqunla nikah masasına oturub.
0 0 0