Müdriklərə Bir Az Da Yaxın

Son güncelleme: 18.02.2010 10:18
  • ər kəs tərəfindən doğru qəbul edilən şeylər böyük ehtimalla səhvdir.
    Paul Valery

    Müvəffəqiyyətin sirrini bilmirəm amma müvəffəqiyyətsizliyin yolu hər kəsi məmnun etməyə çalışmaqdan keçir.
    Bill Cosby

    Bir araya gəlmək bir başlanğıcdır, birliyi davam etdirmək bir irəliləmə... Birlikdə çalışmaq isə gerçək müvəffəqiyyətdir.
    Henry Ford

    Ağıllı adamlar söyləyəcək sözləri olduğu üçün, axmaqlar mütləq danışmaq məcburiyyətində olduqları üçün danışırlar.
    Platon

    Siyasət siyasətçilərə buraxılmayacaq qədər əhəmiyyətli bir mövzudur.
    Charles Də Gaulle

    Gözəllik çoxluqdan təmizlənmişlikdir.
    Michel angelo

    Qozun qabığını qırıb içinə enməyən, qozun hamısını qabıq zənn edir.
    Qəzali

    Keçici bir güvən uğruna görə əsas azadlıqlarından imtina edənlər, nə azadlığa layiqdirlər nə də etibara.
    Benjamin Franklin

    Nə qədər çox insan, nə qədər az insaniyyət var.
    Robert Zend

    Gələcək, bu gündən ona hazırlananlara aiddir.
    Malcolm X

    Yetkin bir adamı dost əldə etmək istəsəniz, tənqidin; sadə bir adamı dost əldə etmək istəsəniz mədh edin.
    Şeyx Səid Şirazi

    Kapitanın ustalığı dəniz durğunkən aydın olmaz.
    Lukianos

    İdeallar ulduzlara bənzər. Onlara çata bilməzsiniz, amma sizə yol göstərərlər.
    Waldo Emerson

    Dünyanın ən çətin işi bir şeyin necə ediləcəyini bilərkən, başqa birinin necə edə bilmədiyini səs çıxarmadan seyr etməkdir.
    Mövlana

    Məlumatın əfəndisi olmaq üçün işin xidmətçisi olmaq şərtdir.
    Onore də Balzac

    Bir insanın həyatının ikinci yarısı, ilk yarıda qazanılan vərdişlərin davam etdirilməsindən ibarətdir.
    Dostoyevski

    Demokratiya, layiq olduğumuzdan daha yaxşı idarə olunmayacağımızı zəmanət edən bir sistemdir.
    Corc Bernard Shaw

    Yaxşı qərarlar təcrübədən qaynaqlanar. Təcrübələr isə pis qərarlardan...
    Barry LePatner

    Mütəxəssis, dar bir sahədə edilə biləcək bütün səhvləri etmiş adama deyilir.
    Niels Bohr

    Köynəyin ilk düyməsi səhv düymələnilincə, digərləri də səhv gedər.
    C. Bruno

    Ən pis sülh, ən haqlı döyüşdən daha yaxşıdır.
    Siseron

    Haqqları və zövqləri əllərindən alınan gənclər, onların yerinə daha gizli və təhlükəli olanlarını qoyur.
    J. J. Rousseau

    Sağlam olmaq, həyat döyüşündə müvəffəqiyyətin birinci şərtidir.
    Əhməd Mithat

    İnsana: "Özünü bil!" deyilməsi, tək qürurunu qırmaq üçün deyil, dəyərini də bildirmək üçündür.
    Siseron

    Heç bir şey ümid etdiyimiz qədər sadə deyil.
    Jim Horning

    İdarəçi qərar verən adamdır. Bəzi zamanlar doğru qərar verə bilər amma mühüm olan hər vaxt qərar verməsidir.
    John Patterson

    İnsanlar mövzusunda daha az, fikirlər mövzusunda daha çox maraqlı olun.
    Marie Curie

    Təcavüzkarca axmaqlıq qədər pis bir şey yoxdur.
    Goethe

    Keçmişi xatırlamayan onu təkrarlamağa məhkumdur.
    Corc Santayana

    Gerçəyi axtaranlara inanın. Tapdıqlarını iddia edənlərdən çəkinin.
    Andre Gide

    Həlldə vəzifə almayanlar problemin bir parçası olur.
    Goethe

    Olmadığın biri olaraq sevilməkdənsə, olduğun biri olaraq nifrət edilmək daha yaxşıdır.
    Andre Gide

    Aşiq ola bilməyən adəm bənzər yemişsiz ağaca.
    Yunus Əmrə

    Ardı Mütləq Olacaq...!
#18.02.2010 10:18 0 0 0