Sevgi və Namus

Son güncelleme:
  • noimage

    Sevgi insanın əlində olmayan bir duyğudur.İffəti,yəni namusu qorumaq şərtiylə birsinə qarşı sevgi duymaqda bir qəbahət yoxdur.Hətta iffətini qoruyaraq sevgisini gizlətməyin sevabı çoxdur.Iffətli insan,həya sahibidir,yəni günah işləməyə utanar.Peyğəmbərimizin (s.a.v) sevgi və namus barəsində olan hədislərində buyruldu ki:"Kim aşiq olub,sevgisini gizlədərsə,iffətini qoruyub səbr edərsə ALLAH-Teala onun günahlarını bağışlayar,Cənnət`inə qoyar."
    "Aşiq olub, iffətini qoruyaraq ölənə şəhid səvabı verilər."
    "Həya imandandır!"
    "Həyası olmayanın imanı da olmaz.İmansız da Cənnət`ə girə bilməz."
    "Həya ilə iman bərəbər olur,biri gedərsə,o biri də gedər."
    "Hamının yanında ALLAH`dan utanmayan,gizlində də utanmaz."
    Demək ki,dimizdə iffəti qorumaq və sevgisi səbəbiylə günah işləməməyə səbr etmək çox səvabdır.Çunki,ümimiyyətlə birisinə sevgi duyan insanın,özünü günah işləməkdən qoruması çətindir.Çətin olan bir işdə də səvab çoxdur.
0 0 0