Qadının Sağlamlığının Qeydinə Qalmaq

Son güncelleme: 19.02.2010 09:16
  • İslam dini qadınların sağlamlığının da qeydinə qalaraq onların aybaşı (heyz), loxusalıq kimi vəziyyətlərdə namaz qılmalarını və oruc tutmalarını qadağan edərək onlara məxsus bir qayda qoymuşdur. Bu vəziyyətdə olan qadınlarla cinsi münasibətdə olmaq olmaz. Həzrəti Peyğəmbərin dövründə Mədinədə yaşayan bəzi dinin mənsubları aybaşı olan qadınlarla bir yerdə qalmaz, onlarla yatmaz, onları yaxına buraxmaz, birlikdə yeyib-içməzdilər.

    Həzrəti Peyğəmbər isə aybaşı olan qadınların cinsi münasibətdən başqa bütün hallarda qadınlarla birgə olunmasına icazə vermişdi. İslama görə, heyz olan qadın heç bir halda cəmiyyətdən kənarlaşdırılmır. Uca Allah Qurani-Kərimdə belə buyurur: "Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!" Allah tövbə edənləri, pak olanları sevər!" ("Bəqərə" surəsi, 222). Ayədə də Allah bu dövrün qadınlar üçün "əziyyətli bir hal" olduğunu bildirir. Bəziləri bu ifadəni qadınla cinsi münasibətdə olmağın onu daha da narahat edərək əziyyət verəcəyi tərzində başa düşülə biləcəyini bildirmişlər. Bu sahənin mütəxəssisləri də aybaşını eyni şəkildə dəyərləndirirlər. Mütəxəssislər belə bir vəziyyətdə qadınların kişilərlə cinsi əlaqədə olmamalarını bildirirlər. Qan itirən, sıxıntılı vəziyyətdə olan qadının belə bir vəziyyətdə əvvəlki vəziyyətinə görə bir az narahat olduğu qəbul edilməlidir. Bu vəziyyətdə olan qadının müəyyən yerində hazır vəziyyətdə milyonlarla mikrob olur. Belə halda mikroblar sürətlə çoxalır və müvafiq yerlərə daxil olur. Belə bir anda cinsi münasibət hər iki şəxs üçün çox mənfi nəticələrə səbəb ola bilər.



    Aybaşı və loxusalıq vəziyyətində qadağan olunan məsələ cinsi münasibətdə olmaqdır. Bundan başqa, hər cür hərəkətə icazə verilir.

    Hamilə qadınla cinsi münasibətdə olmağa İslam dini həkimlərin məsləhət bildiyi vaxtlarda razılıq verir. Həkimlər isə hamiləliyin ilk üç ayı ilə axırıncı üç ayında cinsi münasibətin zərərli ola biləcəyini bildirirlər. Çünki ilk üç ayda uşaq salmaq, sonuncu üç ayda isə vaxtsız doğuş və qanın boşalması ehtimalı var. Qadının sağlamlığına görə, bu məsələdə çox diqqətli olmaq lazımdır.

    Ayədə qeyd olunan "Allahın sizə əmr etdiyi yerdən" qadınlara yaxınlaşmaq da yenə qadının sağlamlığının qeydinə qalmaqla birbaşa əlaqəlidir.
#19.02.2010 09:16 0 0 0