Quba tıxması

Son güncelleme: 19.02.2010 09:28
  • Əla növ buğda unu - 520q, kərəli marqarin - 190q, üzlü süd - 127q, yumurta - 2 əd., maya - 8q, zəfəran 0 0,3q, duz. İç üçün: əla növ buğda unu - 130q, kərə yağı - 64q, şəkər - 127q, hil - 0,3q, muskat qozu - 0,3q.
    Xamirin yoğrulması və için hazırlanması Lənkəran külçəsində olduğu kimidir. Lakin xəmirə şəkər qatılmır. Hazır xəmir yayılır, üzərinə yağ sürtülür, dürmək formasında bükülür, dartılaraq 90-100 qramlıq tikələrə doğranır. Hər xəmir tikəsi vintvari burulur, azacıq yastılandırılır, üzərində çökək yerlər düzəldilir və oraya 35-40 q iç qoyulur. Xəmirin kənarları mərkəzə birləşdirilməklə için üstü örtülür. Birləşdirilmiş tərəfi aşağı olmaq şərtilə 90-100mm diametrdə dairəvi formada yayılır, üzərinə halqavari bəzək vurulur, 20-25 dəq istirahətə qoyuluru və səthinə yumurta sürtülüb 180-2000 S-də 35040 dəqiqə bişirilir.
#19.02.2010 09:28 0 0 0