Buğda - 100q, 1-ci növ buğda unu - 500q, ərinmiş yağ - 100q, doşab - 200q, qoz ləpəsi - 100q, cirə - 2q, istiot - 1q, darçın - 2q, razyana - 1q.
Buğdadan adi qayda üzrə səməni cücərdir. Səməni cücərtiləri sarımtıl rəngdə olduqda ətçəkən maşından buraxılır, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğrulur. Xəmir yağlanmış miss tiyana qoyulur. zəif Alov üzərində arabir çevrilmək şərti ilə (yanmasın deyə) 4 saat ərzində bişirilir. Hər dəfə xəmiri çevirdikdə altına azacıq yağ tökülür. Axırda kütləyə xırdalanmış qoz ləpəsi, ədviyyat və doşab vurulub yaxşıca qarışdırılır. Hazır halvadan iri bitoçki formasında paylar düzəldilir.
Əla növ buğda unu - 400q, ərinmiş yağ - 200q, doşab - 250q və ya şəkər tozu - 200q, darçın - 2q.
Tavada qızdırılmış yağa un əlavə edilib qızılı rəngə çatınca qovrulur. Sonra buna doşab və ya şəkər şərbəti qatılır və arası kəsilmədən qarışdırılaraq qızdırılır. Halva dayaz desert boşqaba qoyulur, üstünə darçın səpilir. Bəzən halvanı lavaşa bükürlər. Doşab əvəzinə baldan da istifadə etmək olar., bu zaman halvanın keyfiyyəti yaxşılaşır.