Azərbaycan güləşçilərindən 2 qızıl, 2 bürünc medal

Son güncelleme:
  • noimage

    Ukraynanın Brovari şəhərində yeniyetmə və gənc qızlar arasında keçirilən sərbəst güləş üzrə "Drujba" beynəlxalq turniri başa çatıb.

    Lent.az-ın məlumatına görə, yarışda mübarizə aparan Azərbaycanın 7 pəhləvanından 4-ü Vətənə medalla dönüb.

    Yeniyetmələrin mübarizəsində baş mükafata Patimat Baqomedova (52 kq) sahib çıxıb. Aydan Səfərli (46 kq) 3-cü yerlə kifayətlənib. Eyni nəticəni gənclərimiz də əldə ediblər. Bütün rəqiblərini üstələyən Marziget Baqomedova (51 kq) qızıl, yalnız bir görüşdə məğlub olan Günay İsmayılova (55 kq) bürünc medal qazanıb.

    Qeyd edək ki, komandamız Ukraynaya məşqçi Arif Fərmanovun rəhbərliyi ilə yollanıb. Hakimlər briqadasında gənc referi Vüqar Şükürov yer alıb.

    LENT.AZ
0 0 0