Nar suyunun bilinməyən faydaları

Son güncelleme:
  • Prostat xərçənginin qarşısını alan qidaların siyahısında nar suyu da var

    "Prostat xərçəngi və ya prostat iltihablanmaları: sidik problemlərinə səbəb olaraq fiziki narahatlığa səbəb olmaqla qalmır, kişilərə psixoloji və sosioloji baxımdan da təsir göstərir."

    Xərçəng riskini azaldan qidalanma

    Həkimlər prostat xərçənginə yaxalanma riskini azaltmaaq üçün ət, marqarin, yağda qızardılmış qidalar, yağlı süd məhsullarını və kalsiyum qəbulunu qida rasionunda azaltmağı məsləhət görür. Prostat xərçənginin qarşısını almaq üçün tərəvəz, tərkibində likopen olan qidalar, dəniz məhsulları, taxıllar, tərkibində E vitamini olan quru meyvələr, şirin kartof , avakado, yaşıl çay və nar suyu ilə qidalanmağı tövsiyə edir.

    Bəs niyə nar suyu?

    Nar suyunun ürəyə xeyirli olduğu bir çox araşdırmalarda isbatlanıb. Tərkibindəki "tannin" və "antosiyanidin"lərlə yüksək bir antioksidant gücünə sahib olan nar suyu qan dövranına müsbət təsir göstərir, pis xolestrol LDL səviyyəsini azaldır. Nar suyunun çox da bilinməyən digər faydası da son vaxtlar gündəm mövzusuna çevrilib.

    Nar suyu prostat xərçənginin inkişafını azaltır. Gündə 1-2 stəkan nar suyu içmək prostate xərçənginin qarşısını almaq baxımından çox faydalıdır.
0 0 0