Hər bir qızın ən böyük arzusu ərə getmək , ailə sahibi olmaq , övlad sahibi olmaqdır. Elə qız var ki bütün bunları eldə etmək üçün çalışır, vuruşur daima fikrində ərə getmək olur . Elə düşünürlər ki ərə gedəndən sonra bütün problemləri həll olunacaq.Hərçənd ki onları qınamıram çünki elə ailələr var ki qız uşaqlarına yalnız bunu aşılayırlar . Aman daşın üstündə oturma uşağın olmaz sonra , aman çölə-bayıra çıxma qonum -qonşu görər adın çıxar məhlədə səni alan olmaz . Qızın tərbiyəsi məsələsi çox çətin bir şeydi heç valideynləri də qınamaq düzgün deyil. Hə bax bu qizlar erə getməyə müvəffəq olurlar . Özü də vaxtndan da tez. Yaxşısına və ya pisinə , varlısına və ya kasıbına ,savadlısına ve ya cahilinə ferqi yoxdu onlar üçün . Yaxşı bəs evdə qalan qızlar necə? Baxırsan ağlı -başı yerində, heç bir qüsuru yoxdu eybəcər deyil , kor deyil , kar deyil , çolaq deyil amma yaşı keçib alan olmayib . Belə qızlar daha çox karyera dalınca qaçan qızlar olur. Ərə getmək qaçmır ki deyib özlerini işə verirlər. Yaxşı maaş alırlar,rahat həyat yaşayırlar evdə onlara dəyib dolaşan olmur (məncə hər kəs qəbul edər ki er evində ata evində oldugu kimi sərbəst və rahat olmursan) insanlarla ünsiyyətdə olurlar onlarda artiq konkret ər stereotipi formalaşır. Mənim ərə gedəcəyim oğlan mənim səviyyəmə uyğun olmalıdır. Sərbəstliyimə əngəl olmamalıdır savadlı olmalıdır intelektlerimiz uyğunlaşmalıdır heç kimdən asılı olmamalıdır . Bütün bunları 1-ci tip qızlar da istəyir e amma bu barədə fikirləşməyə imkan tapmırlar bir də görürlər ki ərdədilər çarəsiz taleyim belə gətirdi deyirlər . Yaş keçdikcə insanin özündə də dəyişməyən bir sira xüsusiyyətlər yaranır. Qızların özünə güvəni artdıqca oğlanları seçməyə başlayırlar. Qızın da bir istənilən sevilən vaxtı olur da o period keçəndən sonra çətin ki o qızı alan tapıla. Özü də bizim olkəmizdə burda intelekt səviyyəsi ən yüksək olan oğlan belə 24-25 yaşındakı subay qıza qartımış kimi baxır. Yaxşı qız olsaydı indiyə kimi almışdılar Allah bilir bu yaşına qədər nə hoqqalardan çıxıb ki evdə qalıb deyirlər. Daha fikirləşmirlər ki bu sənin kimi oğlanları bəyənmiyə-bəyənmiyə evdə qalıb.
Biri də var ki doğurdan da qızlar gələcəyi fikirləşmədən bir sıra düzəldilməsi mümkün olmayan səhvlər edirlər. Əgər belə bir qızı şəxsən tanımasaydım əmin olun ki bu haqda heç nə yazmayacaqdım. Hər halda hər bir qız fikirləşməlidır ki o harda yaşayır və kimlərlə əhatə olunub. Ola bilər başqa ölkələrdə belə şeylərə normal baxırlar amma bizdə hələ ki belə deyil . hər hansı bir sehv addımı atmamış özümüzdən qabaq fikirləşməli olduğumuz ata və qardaşlarımız qisacası ailəmiz var .