1 Bu mesajı oxudunsa mənə heyransan. Vecinə deyilsə məni sevirsən. Cavab versən mənsiz yaşaya bilmirsən. Cavab verməsən mənə vurğunsan. Görək indi nə edəcəksən?
2 Dünyada bir çox insan var. Bəzisi duyğulu bəzisi duyğusuz, bəzisi qorxulu bəzisi qorxusuz. Bəzisi ağlayıb bəzisi gülür amma gözəlliklərə və xoşbəxtliyə layiq olan bir insan var o da indi mesajımı oxuyur.
3 Eşqim yatağın, sevgim yorğanın, ürəyim yastığın olsun şirin yuxular birdənəm.
4 Sənin üçün uzaqdan sevməyi, baxmadan görməyi, toxunmadan hiss etməyi, eşitmədən dinləməyi, göz yaşlarımla gülməyi və qovuşmaq üçün səbr etməyi öyrəndim ancaq sənsizliyi əsla!
5 Axtardığım nə varsa bil ki, səndə tapmışam. Səndən əvvəl yox idim səninlə var olmuşam. Səndədir bütün hicran, ümidlər. Məni məndə axtarma mən artıq sən olmuşam!
6 Çoxdur sənə sözlərim, ağlıma gəldikcə söyləyirəm, bu fani dünyada gülüm mən sənsiz neyləyim?
7 Yağışı sevirəm deyirsən yağış yağanda çətirini açırsan, günəşi sevirəm deyirsən günəş çıxanda pərdəni qapadırsan, küləyi sevirəm deyirsən əsəndə pəncərəni örtürsən və mən də bundan qorxuram! Çünki məni də Sevdiyini söyləyirsən!
8 Darıxdığın sənin üçün darıxırsa darıxmaq gözəldir. Dönəcəksə gözlədiyini gözləmək gözəldir. Sevirsə sevdiyin bax elə bu hər şeyə bərabərdir.
9 Sənə minlərcə gül vermək istərdim amma güllər solar, sənə ömrümü vermək istərdim amma bir gün öləcəyəm, sənə sadəcə sevgimi verirəm ki, o əbədiyyən yaşayacaq!
10 Məni oda at bədənim yansın, sadəcə qəlbimə dəymə, çünki onun içində sən varsan.
11 Dünyada hər şey özünə bir yoldaş axtarar, daşın qəlbi yoxdur amma onu da yosun sarar.
12 Sənin olan hər şeyi, hətta sənsizliyi belə səni xatırlatdığı üçün sevirəm!
13 Səni ulduzlara oxşadıram, onlar qədər parlaq, cəlb edici və gözəlsən amma aranızda tək bir fərq var; onlar milyonlarla sən isə bir dənəsən!
14 Güllər söyləsin sənə olan sevgimi. Güllər söyləsin yalnızlığımı, çarəsizliyimi, yavaş-yavaş əriyən ürəyimi güllər söyləsin. Mən söyləyə bilmədim, güllər söyləsin.