Bütün çərəzlər ayrı-ayrılıqda sağlamlıq üçün faydalıdır
Ləbləbi - ana südünü artırır, mədəni rahatladır. Tərkibindəki yağları bədənə xeyirli olan ləbləbi insanda toxluq hissi yaradır, pəhriz saxlayanlar üçün isə artıq çəkidən azad olmağa kömək edir.
Günəbaxan tumu - tərkibindəki fosfor sümük və dişlər üçün faydalıdır, həmçinin ürək əzələlərinin və böyrəyin işini yaxşılaşdırır, yaraların tez sağalmasına, immunitetin güclənməsinə, dad və qoxu bilmə hissinin güclənməsinə kömək edir. Vitaminlərlə zəngin olan günəbaxan tumunun tərkibindəki B6 vitamini qan şəkərini, E vitamini isə ürək, damar, beyin və sinir funksiyalarını tənzimləyir, dərinin yaşlanmasını ləngidir, eləcə də xərçəng riskini azaldır.
Qabaq toxumu - dişlər və sümüyü möhkəmlədir. B15 vitamini ilə zəngin olan qabaq toxumu xolestrolu salır, qəbzlik və bəzi xərçəng növlərinin yaranmasının qarşısını almağa kömək edir. Hər gün bu tumdan istifadə prostat xərçəngi riskini azaldır.
Fıstıq - tərkibindəki B1 vitamini qan yaradıcı xüsusiyyətə malikdir, qandakı xolestrolu salır, qavrama qabiliyyətini yaxşılaşdırır, mədə, bağırsaq, ürək üçün xeyirli qidadır. Yaşlanmağın qarşısını alan fısdıq
siqaretin və spirtli içkinin təsirini azaldır. Yer fıstığının tərkibindəki B3 vitamini qan dövranını yaxşılaşdırır, zehni gücləndirir.
Fındıq - omeqa 3 qaynağı olduğu üçün ürəyin və damarların dostudur, təzyiqi salır, şəkər xəstələrində ürək xəstəliyi riskini azaldır. E vitamini ilə zəngin olan fındıq tez yaşlanmağın qarşısını alır, yaraların tez sağalmasına kömək edir, prostat xərçəngindən qoruyur. Fındıqda olan B5 vitamini stresi ardan qaldırmağa yardım edir, immuniteti gücləndirir. Tərkibindəki B9 vitamini isə damar sərtliyi, infarkt, iflic riskini azaldır, qırmızı qan hüceyrələrini yaradır. Fındıq bborla zəngin olduğundan sümükləri gücləndirir.
Badam - omeqa 3 qaynağıdır, tərkibindəki E vitamini şəkər xəstəliyi riskini azaldır, sümükləri möhkəmləndirir. Tərkibindəki kalsium sümük əriməsinin qarşısını alır, maqnezium isə baş ağrısı, yuxusuzluq, yorğunluq, baş gicəllənməsinin qarşısını alır. Həftədə ən azı 5 ədəd badam yeyənlərdə ürəklə bağlı narahatlıqlara daha az rast gəlinir. Badamdakı yağlar xolestrolu azaldır, immuniteti gücləndirir. Böyümə, inkişaf, həmçinin hamiləlik vaxtı lazım olan vitaminlərlə zəngin olan badam dad və iybilmə qabiliyyətini artırır.
Qarğıdalı - protein, kalsium, dəmir, fosfor, A və B2 vitamini ilə zəngindir, qan şəkərini tənzimləyir, qəbzliyin qarşısını alır, ürək xəstəlikləri riskini azaldır, bədəni enerji ilə təmin edir.
Qaysı - böyüməyə kömək edir, görmə qabiliyyətini artırır, şəkər xəstəliyi riskini azaldır, immuniteti gücləndirir, qanı artırır. Dəmirlə zəngin olan qaysı sinir sisteminin və ürəyin fəaliyyətini yaxşılaşdırır, qəbzlik və bəzi xərçəng növlərinin qarşısının alınmasında faydalıdır, zərərli maddələrin bağırsaqlarda qalma müddətini azaldır.
Kişmiş - tərkibindəki bor sayəsində beyin funksiyalarını yaxşılaşdırır. Kişmiş həmçinin sümük və sinir hüceyrələrini, ürək döyüntüsünü tənzimləyən maqneziumla boldur. Saçların uzanması üçün vacib vitaminlərlə zəngin olmaqla yanaşı yaşlanmağın qarşısını alır, siqaret və içkinin zərərli təsirini azaldır.