Turşunu necə hazırlamaq lazımdır

Son güncelleme: 21.02.2010 00:42
  • 20 ədəd qara istiot toxumunu turşuya əlavə etdikdə turşu gözəl qoxulu olur.

    Dəfnə yarpağı da turşunun ləzzətini artırır. Xiyar turşusu hazırlayarkən xiyarları çəngəllə deşmək, bibərin, lobyanın ucunu kəsmək, pomidora bıçaq vurmaq lazımdır. Belə etdikdə tərəvəzlərin içinə turşunun suyu girir və məhsullar diri qalır. Turşunun yumşaq olması yaxşı deyil.
    Turşunu hazırladıqdan sonra bir gün günəşin altında saxlamaq lazımdır. Turşu günəş şüası aldıqda daha tez yetişir. Günəş şüasından sonra 15 gün başqa bir yerdə saxlamaq məsləhətdir.
    Şirin meyvələrdən, məsələn, almadan, armuddan da turşu olur.
    Təzyiqi və mədəsi xəstə olanlara turşu yemək məsləhət deyil.
#21.02.2010 00:42 0 0 0