Ataol Bəhramoğlu - Öyrəndim ki

Son güncelleme: 23.02.2010 17:47
  • Öyrəndim ki...
    İnsanların başına nə gəldiyi deyil
    O vəziyyətdə nə etdikləri önəmli.

    Öyrəndim ki...
    Nə qədər kiçik dilimlərsən dilimlə
    Hər şeyin iki üzü var.

    Öyrəndim ki...
    İstədiyim insan ola bilmərəm
    Çox vaxt aparar.

    Öyrəndim ki...
    Qarşılıq vermək
    Düşünməkdən çox asan.

    Öyrəndim ki...
    Bütün sevdiklərinlə xoş ayrılman gərək
    Hansının son görüş olacağı bilinməz.

    Öyrəndim ki...
    Qəhrəman dediyimiz insanlar,
    Bir şeyin edilməsi gərəkəndə,
    Ediləcək şeyi
    Şərtlər nə olursa olsun, edənlər.

    Öyrəndim ki...
    Yıxıldığın an səni təpikləyəcək deyə düşündüklərinin bəziləri
    Qaldırmaq üçün əl uzadar.

    Öyrəndim ki...
    İki insan eyni şeyə baxıb
    Tamamən fərqli şeylər görə bilər.

    Öyrəndim ki...
    Heç zaman özünü aldatmayanlar
    Daha uzun yol gedərlər.
#23.02.2010 17:47 0 0 0