Nə edək ki, asan can verək?

Son güncelleme: 26.02.2010 15:56
  • Nə edək ki, asan can verək?

    1. Valideyinə yaxşılıq və ehsan etmək.

    2. "Yasin" surəsini oxumaq.

    3. " İmam Əli(ə.s) sevmək. Allahin rəsulu(s.ə.s) buyurmuşdur: "Əlini(ə.s) sevən hər kəsə Allah ölümün çətinliyini asan edər və onun qəbrini behişt bağlarından olan bir bağ edər".

    4. Mömin qardaşa şirniyyat vermək. Allahın rəsulu(s.ə.s) buyurmuşdir: "Öz mömin qardaşına şirniyyat yedizdirənə Allah ölümün acılığını göstərməz".

    5. Sileyi-əhram. Hz. Sadiq(ə.s) buyurmuşdur: "Allahın ölümün çətinliklərini onun üçün yüngül etməsini istəyən hər kəs valideyininə və qohumlarına yaxşılıq etməlidir. O zaman Allah ölümün çətinliklərini onun üçün asan edər və ona yaşayışında heç vaxt fəqirlik və yoxsulluq yetirməz"

    6. Mübarək Ramazan ayında oruc tutmaq.

    7. Din qardaşına paltar vermək. Hz. Sadiq(ə.s) buyurmuşdur: "Dini qardaşı qış yaxud yay paltarı ilə geyindirən kəsə Allah behişt paltarları geyindirər, ölümün çətinliklərini onun üçün asan edər və qəbrini genişləndirər. Qəbirindən qalxanda məlaikələr ona müjdə verərlər" Allah Quranda buyurur: " Məlaikələr onlarla görüşərlər və deyyərlər: Bu sizə vədə verdikləri gündür".

    8. Rəcəb ayında bir gün oruc tutmaq.

    9. Gündəlik namazları camaatla qılmaq.


    Can vermənin çətin olmasına səbəb olan şeylər

    1. Hökmdə zülm və sitəm etmək, Allahın hökmünün əksinə hökm vermək.

    2. Ağ valideyn(Ata və ananı özünə qəzəbləndirmək)

    3. Yalan şəhadət vermək.

    4. Allaha itaətsizlik göstərmək

    5. Camaatı tərk etmək ölümün və can vermənin çətin olmasına bais olar

    6. Bığı qısaltmamaq
#26.02.2010 15:56 0 0 0