Tarixde Bugün - 27 Fevral

Son güncelleme: 27.02.2010 21:26


  • 27 fevral. İlin sonuna 307 gün qalıb

    425. İmperatriçə Atenais Odoksiya Konstantinoplda (indiki İstanbul) ali təhsilin təşkili barədə fərman verib

    1617. Rus-İsveç müharibəsi birincinin qələbəsi ilə başa çatıb

    1626. Kardinal Rişelye Fransada duelləri qadağan edən qərar verib

    1700. İngilis dənizçisi Villiam Dampier Sakit okeanın cənub-qərbində yerləşən Yeni-Britaniya adasını kəşf edib

    1794. Avstriya və Rusiya imperiyaları Aralıq dənizində yerləşən Venesiyanın bölüşdürülməsi haqqında razılığa gəliblər

    1800. İtalyan fizik Alessandro Volta elektrik batareyasını icad edib

    1825. A.S.Puşkinin "Yevgeniy Onegin" romanının ilk fəsli nəşr olunub

    1844. Dominikan Respublikası müstəqillik əldə edib

    1899. Birmada ilk dəmir yolu - Rangun-Mandalay açılıb

    1900. "Bavariya" Münhen futbol klubu təşkil edilib

    1905. Rus yazıçısı Maksim Qorki Riqaya sürgün edilib

    1928. İsrailin baş naziri Ariel Şaron anadan olub

    1932. Amerikan aktrisası Elizabet Teylor anadan olub

    1933. Reyxstaq yandırılıb

    1936. Tibb sahəsində Nobel mükafatı laureatı rus fizioloq İvan Pavlov vəfat edib

    1939. Sovet lideri Leninin arvadı Nadejda Krupskaya vəfat edib

    1943. ABŞ-ın Montana ştatında bir mədəndə baş verən partlayışda 74 nəfər həlak olub

    1945. Ziya Bünyadova "Sovet İttifaqı Qəhrəmanı" adı verilib

    1948. Çexoslovakiyada Kommunist Partiyası hakimiyyəti ələ alıb

    1952. BMT-ninn Nyu-Yorkdakı yeni binasında ilk iclası keçirilib

    1988. SSRİ xüsusi xidmət orqanları ilə əlbir olan ermənilər Sumqayıt şəhərində iğtişaş törədib. Bu vəhşilik aktı da Azərbaycan xalqının ayağına yazılıb

    1988. İran və İraq arasında "şəhərlərin müharibəsi" yenidən başlayıb

    1991. Küveyt şəhəri İraq qoşunlarından azad olunub

    1992. ATƏM-in (indiki ATƏT) Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparılıb

    1998. Azərbaycan Respublikası İslandiya ilə diplomatik əlaqələr qurub

    2003. Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb.


    Günün aforizmi

    "Yazıçı həyati toqquşmaların böyük salnaməçisidir".

    Balzak

#27.02.2010 21:26 0 0 0