İslamda nəhy edilmiş şeylər

Son güncelleme: 28.02.2010 15:14

  • 1. Ayaq yolunda üzü qibləyə və ya arxası qibləyə oturmaq olmaz.

    2. Qadının öz sahibindən icazəsiz evdən çıxması, əgər çıxsa, evə qayıdana kimi Asimanın bütün mələkləri ona lənət edərlər.

    3. Əgər qadın öz ərindən savayı başqası üçün özünə bəzək versə, Allah-Təalanın onu cəhənnəm yandırması labüddür.

    4. Qadın naməhrəm yəni özgə kişilərlə beş kəlmədən artıq və ya məlahətli danışmamalıdır.

    Qadına kişilərin münasibətləri haqqında hədislər və rəvayətlər həddən ziyadədir. Bunlar insanların əxlaqını, namusunu, saflığını təmin etmək üçün görülmüş tədbirlərdir. Allah-təala öz məxluqu üçün hər bir məqama görə qanunlar qoyubdur. Onlara əməl olunmadığı üçün bu zəmanədə törənmiş cavanlardan cürbəcür fəsadlar biruzə gəlir.

    Bəzi valideynlər üsulid-dini və füruidini bilmirlər, və ya bilsələr də onlara əməl etmirlər. Bəziləri heç nigah oxutdurmurlar, cima şərtlərinə riayət etmirlər. Bunun nəticəsində onların övladları vələduz-zina, vələdül-heyz və ya vələdül haram olur ki, zəmanədə baş verən fəsadlar onların əlilə olur.

    İslam qanunu ilə əmələ gələn və salehə ananın bətnində törəyən və onun halal südünü içən uşaq göz açıb evdə İslam qanunlarını görsə, heç vaxt Allahı, Peyğəmbəri, İmamları inkar etməz. Bəzi valideynlərin özləri dinsiz və tərbiyyəsiz olduqları üçün onların övladlarından dini və İslam tərbiyəsini ummaq əbəsdir.

    İslam dini ümumdünya din olduğu üçün hər bir xalq İslama daxil olduqda öz milli adətlərini İslam xətti ilə müvafiq surətdə icra etməsi və İslam qanunlarını təbliğ və tətbiq etmək imkanı valideynlərin üzərinə böyük məsuliyyət düşür.
#28.02.2010 15:14 0 0 0