Daha sevgiyə inanmıram mən

Son güncelleme: 03.03.2010 10:03

  • Daha sevgiyə inanmıram mən!

    Şair kimi qələmə sarılıram
    Hislərimi bu vərəğə yazıram
    İlk sözümü bununla başlayıram
    Daha sevgiyə inanmıram mən!

    Dərdimi səninlə bölüşürəm mən
    Bəzən öz-özümlə döyüşürəm mən
    Yenə haqsızlıqla görüşürəm mən
    Daha sevgiyə inanmıram mən!

    Mənim yolum haqq ədalət yoludur
    Könlüm bir gül tək saralıb solubdur
    Ürəyimə bulaq kimi dolubdur
    Daha sevgiyə inanmıram mən!

    Sevgi şərbətini içə bilmədim
    Sevdiyim gülləri biçə bilmədim
    İllər gəlib-getdi necə bilmədim
    Daha sevgiyə inanmıram mən!

    Səni sevgimdə dünya sanmışam
    Özümü itirib səni tapmışam
    Sənin ilə sənsiz elə yanmışam
    Daha sevgiyə inanmıram mən!

    Hər an düşünürəm səni anıram
    Eşqindən şam tək yanıram
    Səsiz sənli günlərimi sanıram
    Daha sevgiyə inanmıram mən!

    Tənha ağac tək sənsiz qalmışam
    Kövrəlmişəm xəyallara dalmışam
    Ötən günlərimi yada salmışam
    Daha sevgiyə inanmıram mən!

    Sevgisini söyləyən birinci gözdür
    Eşqin ürəyimdə nəğmədir, sozdür
    Bütün acı sözlərin sinəmdə közdür
    Daha sevgiyə inanmıram mən!

    Həyat yollarında gəzəydik qoşa
    Bu ömrü sevinclə vuraydıq başa
    Qoruyaydıq sevgimiz dəyməsin daşa
    Daha sevgiyə inanmıram mən!

    Ey ulu Tanrımız! Kömək ol bizə
    Qoy bu saf eşqimiz gəlməsin gözə
    Qorxuramki, düşək söhbətə-sözə
    Daha sevgiyə inanmıram mən!

    Döysəm qapını bir şeytan kimi
    Çıxardınmı yoluma bir mələk kimi?
    Öpüm tellərindən bir çiçək kimi
    Daha sevgiyə inanmıram mən!

    Qara gözlərində güzgülənəydim
    Şirin sözlərində mürgülənəydim
    Yenə mən yumardım sən gizlənərdin
    Daha sevgiyə inanmıram mən!

    Yazdığım mesajlar konturdanda dəyərli
    Gözlərimə baxışların bir-birindən kədərli
    Neyneyim ki, yazıram bunları qəmli-qəmli
    Daha sevgiyə inanmıram mən!

    Sözlərinlə qürurumu sındırırsan sən
    İmkan vermirsən ürəyimi açım mən
    Qəbul edirsən et, bax beləyəm mən
    Daha sevgiyə inanmıram mən!

    Kobud sözlərin heç vaxt bitmir
    Kinli gözlərin xəyalımdan heç getmir
    İnanki bunlar artıq əhəmiyyət kəsb etmir
    Daha sevgiyə inanmıram mən!

    Sənə olan sevgimdən doymasamda
    Kimsəni sənin yerinə qoymasamda
    Ən böyük günahım belə olsanda
    Daha sevgiyə inanmıram mən!

    Səhərlər günəşim gecələr ayım olsanda
    Vücuduma həyat verən ruhum olsanda
    Dünyada seviləcək tək oglan olsanda
    Daha sevgiyə inanmıram mən!
    Axırıncı sözlərimi deyirəm
    Daha sevgiyə inanmıram mən!
#03.03.2010 10:03 0 0 0