Çiçəyin Suya Məhəbbəti

Son güncelleme: 03.03.2010 10:05
  • noimage
    Sadecə Səni Sevirəm Demək Yetməz
    noimage
    Günün birində bir çiçəklə su qarşılaşar və yoldaş olarlar.
    İlk əvvəllər gözəl bir yoldaşlıq olaraq davam edər birlikdəlikləri, əlbətdə zaman lazımdır bir-birlərini tanımaq üçün.

    Gəl zaman, get zaman çiçək o qədər xoşbəxt olar ki, xoşbəxtlikdən içi içinə sığmaz artıq və anlar ki, suya aşiq olmuşdur.

    İlk dəfə aşiq olan çiçək, ətrafa qoxular saçar, "Sırf sənin xatirin üçün ey su" deyə.

    Elə zaman gəlir ki, artıq su da içində çiçəyə qarşı bir şey hiss etməyə başlamışdır. Zənn edər ki, çiçəyə aşiqdir amma su da ilk dəfə aşiq olur.
    noimage
    Günlər və aylar bir-birini qovalar və çiçək görəsən "Su məni sevirmi?" deyə düşünməyə başlar.

    Çünki su, çox maraqlanmaz çiçəklə... Halbuki çiçək, öyrənməmişdir belə bir sevgiyə və dözə bilməz.

    Çiçək, suya "Səni sevirəm deyər. Su, "Mən də səni sevirəm" deyər. Aradan zaman keçər və çiçək yenə "Səni sevirəm" deyər. Su, yenə "Mən də" deyər.


    Çiçək, səbirlidir. Gözləyər, gözləyər, gözləyər..

    Artıq elə bir vəziyyətə gəlir ki, çiçək qoxu saça bilməz ətrafa və son dəfə suya "Səni sevirəm." deyər.

    Su da ona -deyər və gün gəlir çiçək yataqlara düşər. Xəstələnmişdir çiçək artıq. Rəngi solmuş, çöhrəsi saralmışdır çiçəyin. Yataqlardadır artıq çiçək. Su da başında gözləyər çiçəyin, kömək olmaq üçün sevdiyinə...

    Müəyyəndir ki artıq çiçək öləcək və son dəfə çətinliklə başını çevirərək çiçək, suya deyər ki; "Səni mən, həqiqətən sevirəm." Çox kədərlənər Su bu vəziyyət qarşısında və son çarə olaraq bir həkim çağırar nədir problem deyə. ..Həkim gəlir və müayinə edər çiçəyi. Sonra belə deyər həkim: "Xəstənin vəziyyəti ümidsiz artıq əlimizdən bir şey gəlməz."

    Su, maraqlanar, sevgilisinin ölümünə səbəb olan xəstəlik nədir deyə və soruşar


    Həkim,bir baxar suya və deyər ki:
    "Çiçəyin bir xəstəliyi yox dostum... Bu çiçək yalnız susuz qalmış, ölümü onun üçün" deyər.
#03.03.2010 10:05 0 0 0