Gəncədə fevralın 27-i "Karvan" MMC mağazasından ümumi dəyəri 100 min manat olan 399 adda, ümumi çəkisi 5 kq-dan çox qızıl-zinət əşyaları oğurlanıb. Gəncə şəhər Polis şöbəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Əhmədov Arzu Yusif oğlu saxlanılıb.
Şəxs oğurluğu sərxoş halda törətdiyini və oğurluq malları evin həyətində basdırdığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə açılıb, araşdırma aparılır.