Doğularkən hamımız ağlayırıq. Böyüyəndən sonra bəzilərimiz ağlayırıq,bəzilərimiz isə qəhqəhə çəkib gülürük. Ölərkən isə susuruq...
Yollarına gül səpdiklərin yoluna daş düzəcəklər...
Mövcud olmaq və yaşamaq. Axı bunlar ayrı-ayrı şeylərdir.
Bəlkə,bundan da bətər gün olacaq. Odur ki,göz yaşlarına qənaət elə həmin gün üçün saxla.
Və ən pisi odur ki, bəzən xoşbəxtliyi bir başqasının əlindən zorla almağa məcbur olursan.
Vəhşi heyvanların qanunudur: hətta yaxşılığa qarşı da pislik etmək. Əfsuslar olsun ki,məni əhatə edən insanların çoxları məhz bu qanuna riayət edirlər...
Yaşamaq üçün unutmaq,unutmaq üçün ölmək lazımdır.
Xəstəlik fəlakət və qəza ölümün köməkçiləridir.
Gələcəyi olmadığı üçün qocalar xoşbəxtliyi keçmişdə axtarırlar. Keçmişi olmadığı üçün cavanlar xoşbəxtliyi gələcəkdə axtarırlar. Ən pis vəziyyətdə olanlar isə bu iki zümrəyə aid olmadıqları üçün məhz bu gündə axtarırlar. Çünki dünən və sabah uzaq,bu gün isə yaxındır.
Həyatda inamsız və etiqadsız yaşayan insanlar,adətən,arzularından məhrum olurlar. Yalnız kimə və nəyə inanmalı?-bu həyatın başlıca şərtidir.
Həqiqətəndən gözəl din yoxmuş sən demə...
Fəndlərinizi dəyişin,həmişə eyni olmaqdan qaçın. Qoy heç kəs sizi axıradək oxuya bilməsin. Öz nöqsanlarınızı gizləməyi bacarın.
Hər kəsə fərdi yanaşmaq lazımdır. İnsanları idarə etmək qabiliyyəti məhz bundan asılıdır. Hər kəs nəyə sitayiş edirsə bu onun zəif nöqtəsidir. Bu zəiflikdən istifadə etmək lazımdır.
Fikirlərinizdə azlıq tərəfdarı olsanız belə dildə daim çoxluq tərəfdarı olun!
Buraxdığınız səhvlərlə yaşamayın,çalışın onları unudun.