Səməd Mənsur - Söyüsün

Son güncelleme: 04.03.2010 22:28
  • Söyüşün, ey "nəcib"lər, söyüşün,
    Fəxri-millət "ədib"lər, söyüşün!

    Söyüşün, görsənə şücaətiniz,
    Söyüşün, vazeh ola qeyrətiniz,
    Söyüşün, kəşf ola kəramətiniz,
    Söyüşün artıq ola hörmətiniz.
    Söyüşün, ey "nəcib"lər, söyüşün,
    Fəxri-millət "ədib"lər, söyüşün!

    Çünki yoxdur bir özgə zəhmətiniz,
    Həcv satmaq olub ticarətiniz.
    Pul qazanmaq olarsa niyyətiniz,
    Gərək hökmən ola rəqabətiniz.
    Söyüşün, ey "nəcib"lər, söyüşün,
    Fəxri-millət "ədib"lər, söyüşün!

    Yazılar aləmin bazar eləyin,
    Yalanı, böhtanı şüar eləyin,
    Bir-birin səhnədən kənar eləyin,
    Nə xəcalət çəkin, nə ar eləyin.
    Söyüşün, ey "nəcib"lər, söyüşün,
    Fəxri-millət "ədib"lər, söyüşün!

    Hər kimin xılt olarsa xunində,
    Şübhə yoxdur onun cünunində,
    Nə ola kuzənin dərunində,
    Əsəri görsənir bürunində.
    Söyüşün, ey "nəcib"lər, söyüşün,
    Fəxri-millət "ədib"lər, söyüşün!
#04.03.2010 22:28 0 0 0