Milli Məclisdə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı" ilə bağlı qəbul olunmuş qərarla bağlı Azərbaycan parlamentinin Konqresə etiraz müraciəti hazırlanıb.
Lent.az-ın məlumatına görə, müraciət Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun sədrliyilə hazırlanıb. Müraciəti iclasda Səməd Seyidov özü səsləndirib.
Müraciətdə Azərbaycan parlamentinin bu layihənin qəbul olunmasını təəssüf və hiddət hissilə qarşıladığını qeyd olunub. Sənəddə tarixdə heç bir erməni soyqırımı olmadığı, bunun Qərb tarixçiləri tərəfindən də sübut olunduğu, əslində bunun xəstə təfəkkürün məhsulu olaraq ortaya atıldığı vurğulanıb. Həmçinin, qəbul olunan layihənin regionda sülh və sabitliyin qorunmasına xidmət etmədiyi qeyd olunub.
Sənəddə layihənin ABŞ Konqresi tərəfindən qəbul olunmayacağına, rədd ediləcəyinə əminlik ifadə olunub.