Hardan biləcəksən

Son güncelleme:
  • Hardan biləcəksən

    Gəldiyində,
    Yetim buraxdığın ürəyimi iki parça görəcəksən.
    Sol yanımı gözyaşında sel olmuş,
    Sağ yanımı qan içində solmuş tapacaqsan.
    Sevgisinə həsrət
    Bu adamı yerində tapmayacaqsan...
    Çünkü sağlam olaraq buraxdığın o adamı
    Sənsizlikdə çökmüş və xəstə görəcəksən .
    Və yıxılacaqsan.
    Yerdən qalxarkən
    Mahnımızın çalındığını duyacaqsan.
    Hirsənəcəksən mənə.
    Sən gəldiyin üçün çalınır zənn edəcəksən.
    Amma
    Getdiyin o gündən bəri
    Hər zaman mahnımızın çalındığını
    Dodaqlarımda həmişə adının islandığını..
    Hardan biləcəksən ki..
    Sonra yerdə boş sigaret paketlerini görəcəksən
    "Canım bəs sən sigaret çəkməzdin " deyə
    Mırıldanacaq dodaqların.
    Amma
    Sənsizlikdə hər gecə
    Dodaqlarımı atəşlə yandırıb
    Siqaret qutularını bir-bir boşaltmamı
    Səni sayıqladıgımı
    Hardan biləcəksən ki..
    Divarlara ilişəcək gözlərin.
    Adının yazıldıgını görəcəksən.
    Niyə adımı yazdın deyə sorusacaqsan.
    Amma təəsüüf ki yenə yanılacaqsan.
    Sənsizlikdə keçən hər gecə adını
    Qanatdığım dodaqlarımla divarlara yazdığımı.
    Unutsan da məni,
    Mənim səni heç unutamadığımı
    Hardan biləcəksən ki...
    Stol arxasına oturacaqsan sonra.
    Kagızların arasında bir şer diqqətini çəkəcək
    Tək tək oxuyacaqsan sətirlərini.
    " Sənsizlikdə belə tək varlığımsan
    Və unutduğun bu ürəkdə
    Hələ də unuda bilmədiyimsən.
    Və sən...
    Sən mənim tək Canımsan "
    Və mənim həyatda olmadıgımı biləcəksən
    Ölməməlisən deyə yalvaracaq ürəyin.
    Nəfəs almamı,
    Yaşayacağımı düşünəcəksən.
    Amma yenə yanılacaqsan ;
    Çünkü mən çoxdan ürəyində
    Ölümü dadmış olacam
    Ölümə belə gedərkən
    Son nəfəsimdə
    Dodaqlarımda adını sayıqladıgımı
    Hardan biləcəksən ki,
    Heyf ki hər zaman yanıldın canım.
    Amma gec də olsa
    Unudulsam da səni ölümünə sevdiyimi
    Ömür boyu həmişə səni gözlədiyimi
    Sənsiz keçən günü ömür deyil;
    Ölüm bildiyimi
    Gec olsan da anlayacaqsan...
0 0 0