Ruhun paltarı candır-bədəndir

Son güncelleme: 08.03.2010 10:24

  • Ruhun paltarı candır-bədəndir. İnsanın etdiyi günahlar və şər qüvvələr bədənə hopur, həkk olunur, ruhun bədən paltarını çirkləndirir. Bu zaman çirkli bədənin içərisindəki "pak ruh" bərqərar olmur, əziyyət çəkib, iztirablar keçirir. Günahlar və şər qüvvələr artdıqca, bədən çirkabları çoxaldıqca, "pak ruh" zəifləyir. Məcbur olub bədən paltarını soyunmalı olur. Bu da ölüm deməkdir, yəni "pak ruh" çirkli bədəndə tab gətirə bilməyib, çırpınaraq çıxmaq istəyir, çünkü ruhun bədən paltarı çirklənəndə ya təmizlənməli, ya da soyunmalıdır. Yəni, ruh bədəni tərk etməlidir, ölməlidir.

    Hər paklanmağın öz üsul yolu var, hər çirklənməyin səbəb vasitəsi var. Ruhun bədən paltarı bir çox səbəb vasitəsilə çirklənir. Bunlar insanın gözə gəlib nəzərlənməsi, xain, pis ruhlu şəxsləri görməsi, qarğış, yalan-böhtan-qiybət etməsi və sair. Ruhun bədən paltarı çirkləndikdə təmizlənmək üsulu, Allaha ibadət edib, yalvarıb bağışlanmağını diləmək, dualar oxuyub, nəzir-niyaz verməkdir. Ruhun bədən paltarı çirklənməmək və ruhu özündən vaxtsız qaçırmamaq üçün ruhun bədən paltarı həmişə pak olmalıdır.

    Allah-təala dərk edilməz qüvvədir, heç bir mövcüdatın Ona yaxınlaşması mümkün deyil. Allah-təala hökm əmrlərini mələklər, Peyğəmbərlər vasitəsilə yer üzünə çatdırır. Quran Allahın hökm qüvvəsidir. Allahın Quran qüvvəsi oxunduqca ətrafa nur yayılır və mələk məmurları yaranır. Bu məmur mələklər şər qüvvələri insanlardan uzaqlaşdırır və nəzarət edir. Quranın xeyir, şəfa, bərəkətindən istifadə edib bəhrələnmək üçün, Qurani-Kərimi hər gün çox oxumaq lazımdır...
#08.03.2010 10:24 0 0 0