Ağamalı Sadiq

Son güncelleme: 09.03.2010 08:56
  • Əfəndiyev Ağamalı Əhməd oğlu — şair, nasir, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
    Həyatı

    Ağamalı Sadiq 1947-ci il martın 8-də Qazax rayonunun Qaymaxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1964). Əmək fəaliyyətinə Sumqayıt superfosfat zavodunda elektrik mantyoru kimi başlamışdır (1964-1972). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1972-1977). "Yazıçı" nəşriyyatında korrektor (1978-1981), "Maarif" nəşriyyatında redaktor (1983-1986), "Ulduz" jurnalında ədəbi işçi (1986-cı ildən) vəzifələrində çalışmışdır. 1979-cu ildən şeir, hekayə və publisist yazıları ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri rus və özbək dillərinə tərcümə olunmuşdur.

    1995-ci il dekabrın 24-də vəfat etmiş, doğma kənd qəbiristanlığında dəfn olunmuşdur.

    Əsərləri

    * 1.Mənə ümid verin. Bakı: Yazıçı, 1982, 38 səh.
#09.03.2010 08:56 0 0 0