Fəxri Uğurlu

Son güncelleme:
  • Əliyev Fəxri Ağa oğlu (Fəxri Uğurlu) - yazıçı, jurnalist, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
    Həyatı

    Fəxri Uğurlu 1968-ci ildə Bakıda doğulub. 1986-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub.

    1986-cı ildən mətbuatda bədii yazılarla çıxış edir. Tələbə ikən üç kitabı - "Tək ağac" (1992), "Diləklərin azması" (1993), "Oğuznamələr" (professor Kamil Vəliyevlə birlikdə, 1993) işıq üzü görüb. Sonralar daha üç kitabı - "Üç kəndin bir dərdi" (1995), "Uşaqların mahnısı" (1999), "Mövlana Cəlaləddin Rumi və onun "Məsnəvi"si" (2007) çap olunub.

    1992-ci ildən müxtəlif mətbu orqanlarda, o cümlədən "Yol", "525-ci qəzet", "Müxalifət" qəzetlərində çalışıb, "Rezonans", "İntibah" qəzetlərinin baş redaktoru, "Avropa" qəzetinin təsisçisi və baş redaktoru olub.

    * Şair Ağa Laçınlının oğludur.
    * Jurnalist Azər Qaraçənlinin qardaşıdır.
0 0 0