Sandiq Hekayelerin'den - Oqtay QORÇU

Son güncelleme: 09.03.2010 09:52
  • Ruhlar barışdı

    Dözəmməyib çatdı ona, düşməninin yolunu kəsdi gülə-gülə:

    - Səbir elə, gör nə deyirəm, - söyləyib əlini ona tərəf uzatdı. - Belə haracan yaşamaq olar axı? Bir sən də düşün! Hər şeyə son qoymaq lazımdı! Hamısı olub keçdi, qaldı keçmişdə. Onsuz da sinəmiz dağlıdı. Vallah, məqamdı, barışsaq Allaha da xoş gedər, bəndəyə də. Nə deyirsən?

    Düşməni onun gözlərinin içinə baxa-baxa uzanan əli sıxıb itirilmiş ovqatıyla köksünü ötürdü:

    - Allah səndən razı olsun! Mən razıyam! Hələ utanmasam, qol götürüb oynayaram da, ay kişi. Hə, yenə yadına salıram ki, mənim bir ali təhsilli qızım var, biləsən, sənin də oğlunu görmüşəm, maşallah, qollu-budaqlı oğlandı. Gəl bu işi düzüb-qoşaq, canımız dincəlsin, tələsmək lazımdı.

    Sağollaşıb ayrıldılar. Hər ikisi getdi ki, evdə məsələni açıb hazırlıq görsün. Amma onlar hardan biləydilər ki, həmin məhəllədə qıza görə fırlanan oğlan, nəhayət, düşmən qızının könlünü ala bilib.

    Yığışan ağsaqqallar da xeyir-dua verdi. Düşmənçiliyə son qoyub beləcə qohum oldular, Sərdarla Qulu kimi. Güllələrdən ölən qardaşların ruhları sevinər yəqin.

    Gəbərən hər günahın sonunda işığa möhlət istəyi var. Yarası sağalan sevinər, qanı quruyan kəs dikəlib səs-küy arzular, tapançalar xəndəklərə quylanar, tanıyanlar doğmaların gur səsini eşitmək istəyər və haqq yerini tapar. Nura boyanan ərşin ətir saçan səmasında neçə illər idi ki, bir-birilərini tanıyan, ancaq bir-birinə yaxınlaşmayan iki bəyaz ruh birdən sevindiklərindən qanad açıb kövrələ-kövrələ qol-boyun olub sarıldılar, heç Yerdəki yaraları da ağrımadı. Öncə Allaha dönə-dönə şükür eləyib, sonra gözaydınlığı verdilər keçmiş düşmənlərin ruhları və Hökm Sahibindən izn alıb dünyanın ətrindən xumarlana-xumarlana Yerə enib, əl-ələ tutub yollandılar doğmalarının toyuna.

    24-26 mart 2008, Bakı


    "Almaniyada bahar"

    - Hə, işləmişəm Mən uğursuz rəssam Sonra söz düşəndə həmin alman dedi ki, Hitlerin ən gözəl əsərini, "Almaniyada bahar"ı oğurlayıblar. Dörd il ötdü, mən vətənə döndüm Zeynəb də öldü. Dözəmmədim, oğlum gətirdi bura. Siyahı yazıb vermişəm, axşam yanıma gəlməlidi. İndi mən gördüyüm "Almaniyada bahar"ı işləyib sənə verəcəm, - açıq pəncərədən həyətə baxdı.

    Qoca dediyini elədi. Əsərini mənə bağışlayandan sonra yorğun-arğın açıq pəncərədən geri çəkilib yatağına uzandı. Qoca tənha deyildi, ömrünün xəzəl tənhasızlığına dözmədi. Heç əsərində də onun imzasını tapmadım. Belə yazmışdı: "Adolf Aloiz Şiklqruber - Hitler". Tarix də yazmamışdı.

    23-24 noyabr 2008, Bakı


    Məktub

    Arxamca bir cüt göz baxır. Bu yazın xoş ovqatını cəllad təki baltaladı o qız. Qayıtmağımı istəyir, mənsə öz yolumla gedirəm. Daha bezmişəm. Arxamca bir cüt göz baxır. Geriyə dönüb deyə də bilmirəm ki, gözəl xanım, illər ötəcək və bir gün ərin sağında, uşaqların yanında üz-üzə gələndə gözlərini məndən yayındırıb tez ərinin qoluna girib deyəcəksən: "Tez ol, tələsirik axı".

    Onsuz da hamımız eyni dayanacaqda durub eyni marşrutu gözləyəcəyik. Hamı gözləyir, hamı darıxır, bezir, ancaq hamı gözlərini, ürəyini aldatmır. Arxamca baxma!

    26 fevral 2009, Bakı
#09.03.2010 09:52 0 0 0