Xoşbəxtliyin 14 sirri

Son güncelleme: 09.03.2010 10:28
  • Sevmək və sevilməyin yanına bir də bunların ifadə edilməsi əlavə olunmalıdır. Sizdə yoldaşınızla təkliflərimizə qulaq verə bilər, xoşbəxtlik üçün əslində kiçik addımların kafi ola bildiyini görə bilərsiniz.

    1. Təbəssümün nümayişin

    Evliliklərdə ən çox yaşanan çətinliklərin başında yoldaşların bir-birlərinə qarşı asıq sifətli və qaraqabaq bir rəftar sərgiləmələridir. Asıq bir sifət, təzyiqlənmiş hirs və çətinliklərin su üzünə çıxmasına köməkçi olar. Asıq bir sifət mənfi enerji yayar. Evinizi soyuq bir mühitə çevirər. Halbuki gülərüz və təbəssüm, söhbətin qaynağıdır. Söhbət, bizi xoşbəxt edəcək yeganə dərmandır. Yoldaşınıza qarşı təbəssüm göstərmək çətin olmasa gərək

    2. Yoldaşınızın əllərindən tutun

    Əl-ələ alovlanmanın stressi azaltdığını bilirdinizmi? ABŞda evli cütlər üzərində edilən bir araşdırmada yoldaşların bir-birlərinin əllərini tutmasının hiss ediləcək bir şəkildə boşalmasına səbəb olduğu görülmüş. Siz də yoldaşınızın əlini tutun. Duyğularınızın daha rahat ortaya çıxdığını görəcəksiniz.

    3. Sevdiyinizi sözlə ifadə edin

    Sevgini ifadə etmək qadınlara nisbətən kişilər üçün çox daha çətindir. Kişilər sevdiklərini söyləməzlər. Xanımlar da ümumiyyətlə bundan şikayət edər. Halbuki biz Müsəlmanlara Peyğəmbər Əfəndimizin (s.ə.s), "Mömin, mömin qardaşını sevdiyini söyləsin." tövsiyəsi vardır. Müsəlmanlara söyləməmiz lazım olan sözləri yoldaşımızdan niyə əsirgəyək ki? Sevdiyinizi söyləmək kişilərə bir şey itirdirməz

    4. Birlikdə dua edin

    Yoldaşınızla oturun və əllərinizi açın, bir-biriniz üçün səsli dua edin. İçinizdən gəldiyi kimi sözləri sıralayın. Dua etmək istədiyinizdən əmin deyilsinizmi? O zaman bunun yerinə sahib olduğunuz nemətləri saymağı sınayın. Hər gün başınıza gələn üç yaxşı (böyük ya da kiçik) şeyi yazın və "Bu yaxşı şey niyə reallaşdı?" deyə soruşun özünüzdən. Araşdırmalar bunu edənlərin üç ay sonra ciddi dərəcədə daha xoşbəxt hala gəldiklərini göstərir. 30 il boyunca duanın gücünü araşdıran Harvardlı elm adamı Dr. Herbert Benson, bütün dua etmə formalarının stressi yatırdığını, bədəni sakitləşdirdiyini və şəfalı bir boşalma reaksiyası oyandırdığını söyləyir. (Ömürünüzü Uzadın, Sally Brown Optimist)

    5. Evə gələn kimi pijamalarınızı geyməyin

    İnsanlar, işə ya da bir gəzməyə gedərkən gözəl geyinir və bəzənir. Amma evə gəlincə dərhal rahatlamağı düşünür, pijamalarını geyib elə oturur. Bəzi yoldaşlar az qala uzun müddət bir-birlərini yaxşı geyimli görmür. Yoldaşlar, işləri, dostları üçün geyindikləri, bəzəndikləri qədər yoldaşları üçün geyinib-bəzənmir. Kişilər, evə gələn kimi pijamalarınızı geyməyin. Xanımlar, yoldaşınızın gələcəyi saatda siz də niyə gözəl geyinmirsiniz?

    6. Qadınların ad gününü, evlilik ildönümünü unutmayın

    Xanımlar, evlilik ildönümü, ad günü kimi xüsusi günlərdə çox həssasdır. Hətta ilk tanış olduğunuz günü, nişan gününü, evlilik qərarını aldığınız günü belə soruşa bilər. Kişilər ümumiyyətlə xüsusi günləri unutmağa meyllidir. Siz heç olmasa doğum və evlilik ildönümünü unutmayın.

    7. Sevgi qeydləri buraxın

    Yoldaşınızın görə biləcəyi yerlərə sevgi qeydləri buraxın. Evdə kiçik kağızlara kiçik sözlər yazıb kimsənin çata bilməyəcəyi (sizə xas yerlər olsa yaxşı olar) yerlərə bu mesajları buraxın. Sevginizi ifadə etmək, bu duyğunun bəslənməsinə vəsilə olacaq.

    8. Gəzməyə gedirmiş kimi geyinin, evdə oturun

    Yoldaşların yaxşı geyinməsi, bəzənməsi və bir-birlərinə dəyər verdiklərini hiss etdirmələri çox əhəmiyyətlidir. Amma bu gün bu tərs işləyir. İş və yoldaşlar üçün yaxşı geyinilərkən, yoldaşlar bir-birlərinə bu istiqamətdə dəyər verməzlər. Siz də həftədə bir gün gözəlcə geyinin; amma çölə çıxmayın, evdə baş-başa vaxt keçirin.

    9. Əmr tempiylə deyil xahiş tempiylə danışın

    Əmr etmək, bütün danışmalarda əmr edici bir üslub istifadə etmək xitab etdiyimiz adamı təhqir edər. Bu, yoldaşımızsa daha da kədərli olar. Əmr tempiylə danışmaq yerinə, xahiş etməyi sınamaq sizə ağır gəlməməlidir. Bu bizdən bir şeyləri ***ürüb aparmaz. Əksinə bizə daha da möhtərəmlik qazandırar. Üstəlik yoldaşımızın bizim həqiqətən həyat ortağımız olduğunu göstərmiş olarıq.

    10. Səhər naharlarını birlikdə edin

    Evlilik həyatında yoldaşlar arasına iş və uşaqlar girdiyində ər-arvadın görüşmələri belə haradasa minimuma enər. Siz bunun üçün ailənizin birlikdə olduğu zaman dilimlərini yaxşı qiymətləndirin. Bu zaman dilimlərindən biri də səhər naharlarıdır. Yuxu istəyinizi məğlub etməlisiniz, yoldaşınızla bir az da erkən qalxıb naharda söhbət etmə fürsəti tapa bilərsiniz.

    11. Çöldə baş-başa yemək yeyin, "eynisi evdə daha az xərcli olar" deyə düşünməyin

    Xüsusilə uşaq sahibi olan cütlərin ən əhəmiyyətli problemlərindən biri, özlərinə vaxt ayıra bilməmələridir. Bütün gün uşaqla məşğul olmaq ana və atanı yorar. Bir saat da olsa uşaqları bir yaxınınıza əmanət edib, yoldaşınızla çöldə yemək yemək sizə güc qatacaq. Əslində ehtiyacınız olan, çöldə yemək yemək deyil. Amma bu sizə fərqli bir mühitdə, tək danışa bilmə, bir-birinizə vaxt ayırma fürsəti verəcək.

    12. Yoldaşınızı qapıdan duayla yola salın

    Xüsusilə ev xanımları səhər erkən qalxmada çətinlik yaşayır və yoldaşlarını göndərməyi bir vəzifə hesab etmirsə, bunu bir daha düşünməlilər. Yoldaşınızı qapıdan yola salmaq onun ürəyinin bir yarısını evdə buraxmasına vəsilə olar. Hələ yoldaşınıza, "Biz aclığa dözərik; amma atəşə dözə bilmərik. Bizə halal ruzi gətir. Allah işini rast gətirsin..." demək onu halal qazanca motivasiya edər.

    13. Yoldaşınızın ailəsinə qarşı səmimi davranın

    Yoldaşların bir-birlərinin ailə yaxınlarına söylədikləri xoş olmayan sözlər, yoldaşların duyğularına da təsir edər. Sizin xanımınızın əmisinə ya da xanımınızın sizin bacınıza eyham yollu da olsa söyləyəcəyi sözlər, yoldaşların ürəklərindəki söhbəti sarsıdar. Siz sevginizə, başqaları üzündən zərər verməyin. Yoldaşınızın ailəsinə göstərdiyiniz şəfqət vəhörmət, yoldaşınızın sizə göstərəcəyi hörməti də artıracaq.

    14. Xitab edərkən gözəl sözlər istifadə edin

    Yoldaşların bir-birləri haqqında ittiham edici, mühakimə edici, nəzarət edici sözlər sərf etməsi və bunun davranışlarla da əks olunması həmişə mənfi nəticələr doğurar. Yoldaşların bir-birinə etibarını azaldar. Evlilikdə güvən qalxdığı zaman da narahatlıq başlar. İttiham edici rəftarlar, "sən mənə görə deyilsən" mesajı verər. Bu rəftarlar sevgini öldürər.
#09.03.2010 10:28 0 0 0