Azəri Günel itirdiyi rəfiqəsinin xatirəsinə mahnı oxuyacaq

Son güncelleme: 10.03.2010 00:42
  • noimage

    Son günlər adı qalmaqallarda anılan Azəri Günelin bu günlərdə əhvalı yaxşı deyil.

    Lakin bu kefsizliyin səbəbi Rza Zərrab yox, müğənninin bu yaxınlarda dünyasını dəyişən çox sevdiyi rəfiqəsi 20 yaşlı Aygündür.

    Hazırda Bakıda olan müğənni son yaşadıqları barədə Lent.az-a danışıb: "Bakıya Aygünə görə gəldim. Qardaşım Tunar onun xatirəsinə mahnı yazıb. Mahnını oxuyacam, istəyirəm Aygünün xatirəsini mahnıda yaşadam".

    Müğənni bu kədərli hadisənin xaricində həyatında hər şeyin yaxşı olduğunu və bundan sonra daha da yaxşı olacağını vurğulayıb.

    Lalə Yusifqızı

    Qaynaq:LENT.AZ
#10.03.2010 00:42 0 0 0