Romantizm

Son güncelleme: 10.03.2010 07:26
  • Romantizm (fr.romantisme) XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Avropa və Amerika mədəniyyətində ideya-bədii cərəyan. Romantizm ədəbi-estetik anlayış kimi Almaniyada "Yena məktəbi" nümayəndələrinin ( Şlegel qardaşları, F.Novalis, L.Tik, V.Vakkenroder) fəaliyyəti (1798-1802) sayəsində yayılmağa başlamışdır. Romantizmin estetik əsasını "bədii ideallaşdırma" prinsipi, müstəsna şəraitdə müstəsna xarakterlərin yaradılması, həyatın olduğu kimi kimi deyil, "olmalı olduğu kimi" təsviri təşkil edir.

    Puşkin, M.Y.Lermontov, A.Hofman, C.Q,Bayron, P.B.Şelli, C.Kits, V.Hüqo,F.R.Şatobrian, A.Vinyi, C.Leopardi, A.Mandzoni, Ş.Petöfi, K.Maxi, M.Eminesku, T.Şevçenko, Azərbaycan ədəbiyyatında isə H.Cavid, M.Hadi, A.Səhhət və b. romantizmin ən görkəmli nümayəndələri hesab olunurlar.
#10.03.2010 07:26 0 0 0