Şeyx Səfi xalçası

Son güncelleme: 10.03.2010 11:05
  • noimage

    Xalça Haqqında Məlumat
    Tam adı: Şeyx Səfi xalçası
    Məktəbi: Təbriz xalçaçılıq məktəbi
    Növü: Xovlu
    Ölkə: Cənubi Azərbaycan
    Şəhər: Təbriz
    Toxunması Haqqında Məlumat
    Tarixi: XVI əsr (1539-cu il) [1]
    Sifarişçi: I Təhmasib[2]
    Digər Məlumatlar
    Sahəsi: 56,12 m² [3]
    Uzunluğu: 10,51 m [4]
    Eni: 5,34 m [5]
    Material: Yun
    Saxlanıldığı yer: Viktoriya və Albert muzeyi, London[6]
    Vəziyyəti: Ərdəbil məscidi üçün toxunulmuşdur. 1893 cü ildə ingilislər alaraq Londona aparmışlar. Muzey eksponatıdir.




    Təbrizdə toxunmuş "Ləçəktürünc" kompozisiyalı məşhur "Şeyx Səfi" xalısı (ölçüsü 56,12 kv. m, 1539-cu il, "Viktoriya və Albert" muzeyi, London) ornamental xalçaların ən gözəl nümunəsi, Təbriz xalçaçılıq məktəbinin şah əsəridir.

    1539 cu ildə Səfəvi hökumdarı I Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuşdur. 1893 cü ildə həmin xalçanı ingilislər alaraq Londona aparmışlar. Eni 5,34 m, uzunluğu 10,51 m, sahəsi 56,12 m² olan xalça dünya muzeylərində saxlanılan ən nadir xalq sənəti nümunələrindəndir. Bəzəkləri gül-çiçək rəsmlərindən ibarətdir. Zəngin rəng çalarları vəhdət təşkil edir. Xalının mərkəzində yerləşən qönçə Günəşi, onun ətrafında dairə şəklində düzülmüş xırda güllər haləni, yaşıl, qırmızı, sarı rəngli 16 kiçik dairəvi qübbə isə Günəş şüalarını əks etdirir. Həmin kompozisiyanın yuxarı və aşağı hissələrində zəngin bəzəkli, qırmızı və şəkəri rəngli qəndil təsviri vardır. ətrafdakı saysız hesabsız əlvan naxışlar kainatdakı ulduzların rəmzidir.[7]

    Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan xalçaçılıq mədəniyyətinin əvəzsiz incisi olan bu mükəmməl sənət əsərinin təkrar nüsxəsi yaradılmışdır. Hazırda həmin üzü köçürülmüş nücxə Azərbaycan Müasir İncəsənət Muzeyində sərgilənir.
#10.03.2010 11:05 0 0 0