Varla Yox Arası Yaşamaq

Son güncelleme: 10.03.2010 14:50

  • Günah və günahkar yoxdur həyatda!
    Çünki kimsə nə etdiyim günah deyər nə mən günahkaram. Elə bir quru dəlikdir ki həyat; mənim Allahım vardır amma onun yoxdur məsələn. Sonra döyüşlərimiz vardır...

    Gedişilər vardır. Gedilən hər yol dönülə bilər halbuki, amma dönməyənlər vardır.
    Ardından əl yellədiklərimiz, avtobus şüşəsində son dəfə olduğunu bilmədən gördüyümüz sulietler vardır. Bir daha heç bir avtobus şüşəsində rast gələ bilmərik onlara, halbuki hər avtobus şüşəsinə yerləşər xəyalları...



    Tərtəmiz və çox ləkəlidir bu planet. İllər əvvəl dizlərini sonra ovuclarını sonra ürəyini çirklədər palçığa bata çıxa. Bir baxarsan suyla çıxmaz günahların, yapışar üzərinə çirki, ləkəsi, pası, qoxusu... Üstünə-üstünə gəlir yaşamaq, atıb çiyinlərindən qaçmaq gəlir içindən, qaçar kimi özündən. Nə hər igidin xərcidir qaçmaq belə demək olarsa, nədə igid olmaqdır qaçmaq...

    Bərabərsizliklərimiz vardır əslində. Necə ki qaçmaq xilas olmaq deyilsə, mənim olmayan heç bir şeydə mən deyil məsələn. Bir də təbii misallarımız vardır. Misal verilib müqayisə edilən heç bir detalda bərabər deyil dərinlərinə göz süzüncə.
    İçimizdəki atəşdən kömürə dönən könüllərimiz yalnız öz canlarımızı yandırar, elə deyilmi? Və bir gün əlimizdən sürüşər qürurumuz. Yetər ki nifrətin hirsindən atılmasın yerlərə...

    Dedim axı günah yox, günahkar yox...! Ədalətli cəza, haqq edilmiş bədbəxtlikdə yoxdu. Var olan yalnız insandı. Ətdən sümükdən bir düşünən heyvan unutsa da hərdənbir düşünməyi...

    Varla yox arası günahlara, günahkarlara, döyüşlərə, gedişlərə, ləkələrə, qaçışlara hamilə. Həyatla bütün nifrətinə baxmayaraq sevişir insan ümid doğurmaq üçün. Döyüşlərinin zəfərləri, gedişlərinin dönüşləri, təmizlənən ləkələri, qaçıb xilas ola bildiyi hekayələri olsun deyə...
    Doğulmayan ümidlərimizə inad bir yaşamaqdır ki, gedir gedə bildiyi yerə...
#10.03.2010 14:50 0 0 0