Kişiləri anlamaq qeyri mümkündür

Son güncelleme: 12.03.2010 07:32

  • 1. Əgər kosmetikadan istifadə etmirsənsə-sənə diqqət yetirən olmur.
    Əgər istifadə edirsənsə-demək ki, özünü digərlərinə nümayiş etdirirsən...

    2. Əgər işləmirsənsə-sən yalnız evdar qadınsan...
    Əgər işləyirsənsə (hətta onlardan belə çox qazanırsansa)-bu onlara xoş olmur!

    3. Əgər sənə pul xərcləyirlərsə-istifadə olunmusan..
    Əgər sən xərcləyirsənsə-özlərini alçalmış kimi hiss edirlər..

    4. Əgər onlar vəzifələrində yüksəliş əldə edirlərsə- bu onların bacarıq və qabiliyyətinin göstəricisinə işarədir.
    Əgər sən vəzifəndə yüksəlirsənsə bu yalnız onlarda şübhənin göstəricisidir.

    5. Əgər onlar başqa qadınlara diqqət yetirilərsə-Onların təbiəti belədir anlamına gəlir.
    Əgər sən başqa kişilərə diqqət yetirirsənsə-sən vəfasızsan anlamına gəlir.

    6. Əgər sən özünə layiq olmayan adamla evlisənsə bu axmaqlıqdır söylənilir.
    Əgər millionerlə evlisənsə-yalnız hesabatdır anlamına gəlir.

    7. Əgər onlar 30 yaşındadırlarsa və hələ də evli deyillərsə-yüksək dəyər, qiymət verən kişilər anlamına gəlir.
    Əgər sən 30 yaşındasansa və ailə qurmamısansa- "Qatarın getdi" ifadəsi işlədilir.

    8. Əgər sən gözəl deyilsənsə- sən heç kimə lazım deyilsən..
    Əgər ağıllısansa onlar səndən qorxurlar və səni yenə də istəmirlər.

    9. Əgər sən onları gözləmirsənsə, onlara baxmırsansa, yemək hazırlamırsansa-sən lazımsızsan!
    Əgər sən onlar üçün hər şey edirsənsə- onlar yenə də başqasının yanına gedirlər!
#12.03.2010 07:32 0 0 0