Samir Qulamov

Son güncelleme: 12.03.2010 13:53
  • Həyatı

    Qulamov Samir Ceyhun oğlu (05.05.1977) 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyoru» fakültəsini bitirmişdir. 2000-ci ildə o, Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir.

    Teatrın səhnəsində S.Qulamov Gözətçi («Dar ağacı», B.Vahabzadə), Şəfi bəy («Eşq və intiqam», S.S.Axundov), Fortenbrans («Hamlet», V.Şekspir), Müxbir («Kəllə», N.Hikmət), Gülməmməd («Hərənin öz payı». X.Qoca), Tələbə («Brüsseldən məktublar», H.Həsənov), Oyunçu («Skapenin kələkləri», J.B.Molyer), 2-ci cangüdən («Varlı qadın», Ə.Əmirli), Oqtay («Afət», H.Cavid), Qədir («Dirilən adam», M.Cəlal) və bir sıra obrazlar yaratmışdır.

    S.Qulamov «Atillanın atlıları» (Sərkərdə), «Bəyaz həyat» (Akif) telefilmlərinə çəkilmişdir. 2006-cı ildə o, Sumqayıt Dövlət Musiqili Dram Teatrında N.Dumbadzenin «Ağ bayraqlar» dramına quruluş vermişdir.

    Filmoqrafiya

    1. Bəyaz Həyat (2003)
    2. Cavid Ömrü (2007)
    3. Heydər Əliyev (film)
    4. Salur Qazanın Evi Talandığı Boy (2001)
    5. Sonuncu Şahid (2004)
    6. Tunel (2009)
#12.03.2010 13:53 0 0 0