Salman Rüşdi

Son güncelleme:
  • Salman Rüşdi


    Salman Rüşdi - (19 iyun 1947, Bombey, Hindistan) - hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı.
    Həyatı




    Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb. Kembric Uniiversitetinin tarix fakültəsini bitirib.
    Yaradıcılığı

    İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır.

    1988-ci ildə yazdığı Şeytan Ayələri müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayatullah Xomeyni yazıçının ölümünə fətva verib.

    16 iyun 2007-ci ildə II Yelizaveta Salman Rüşdini cəngavər tituluna layiq görüb. 26 iyun 2008-ci ildə Londonda Bukingem sarayında II Yelizaveta şəxsən cəngavər titulunu Salman Rüşdiyə təqdim edib.
0 0 0