Hafiz Şirazi

Son güncelleme:
  • Hafiz Şirazi Xoca Şəms əd-Din Məhəmməd Hafiz Şirazi


    Həyatı

    Hafizin şəxsi həyatı haqqında çox az məlumat var. Məlumdur ki, şair 1310-1337-ci illər arasında Şiraz şəhərində kömürçü tacir ailəsində anadan olub. Atasız böyüyən Hafizin şairlik istedadı özünü çox erkən yaşlarında biruzə verib və o, şeirlərinə görə xalq arasında hörmət qazanaraq əmir sarayının şairi təyin edilib. Lakin yazdığı şeirlərə görə dindarlar tərəfindən təzyiqlərə məruz qalan şair əvvəlcə İsfahana, sonra isə Yəzdə qaçmağa məcbur olub. Bir neçə ildən sonra Hafiz Şiraza qayıdıb və yaradıcılğına davam edib.

    Hafiz şeirlərində dərin və abstrakt fəlsəfi fikirlər ifadə edir. Şair dünyanı tez-tez "viranə" bir yerə bənzədir, insan həyatını xəyalı və aldadıcı bir dövr sayır. Ondan bir əsr əvvəl yaşamış Sədidən fərqli olaraq, Hafiz şeirlərini bir məcmuəyə - divana toplamamışdır. Buna görə də Hafizin yazdığı qəzəllərin dəqiq sayı məlum deyil (onların sayının 573-994 arasında olması ehtimal edilir).
0 0 0