Nəsir Payqozar

Son güncelleme:
  • Nəsir Payqozar



    Nəsir Mehdi oğlu Payqozar (ədəbi təxəllüsü "Nəsir") - 1311-ci il noyabr ayının 11-də Təbriz şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra bir neçə il Mərənd şəhərində müəllimlik edib. 1339-ci ildə Təbrizə gəlib və müxtəlif mədrəsələrdə idman müəllimi işləyib. Eyni zamanda ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinin axşam şöbəsində təhsil alıb. Nəsir bu sahədə çoxlu uğurlara imza atıb. 12 il ərzində Şərqi Azərbaycanın gimnastika komandasının rəhbəri olub. O dəfələrlə xarıcı ölkələrə səfərlər edib və çoxsaylı konfransların iştirakçısı olub.

    Nəsir Payqozar hazırda Təbriz Azad Universitetinin idman müəllimidir. 45 il bundan əvvəl şeir yazmağa başlayıb. Şeirlərini türkcə və farsca yazıb.
    Kitabları

    Azərbaycan türkcəsində

    * Tarımın Telləri
    * Ballı Bayatılar
    * Qızıl Salxımı
    * İpək Xəyalları
    * Əşk-i-Şəm

    Farsca

    * Celvehaye cenas dər şere farsi
    * Əşke əsb
0 0 0