Unibank Premyer Liqasında şeş qoşa

Son güncelleme:
  • Futbol üzrə Unibank Premyer Liqasında XXIII tura bu gün keçirilmiş 2 oyunla yekun vurulub.

    Lent.az-ın məlumatına görə, final mərhələsinin ilk turunun matçlarından biri ilk "6-lığ"a, digəri isə ikinci "6-lığ"a təsadüf edib.

    "İnter" klubu çempionatın XXII turunda və ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda ardıcıl 2 dəfə məğlub etdiyi "Neftçi" ilə bu dəfə heç-heçə edib. "Şəfa" stadionunda keçirilən qarşılaşmada ilk yarının sonlarında Bronislav Çervenka meydan sahiblərini hesabda irəli çıxarıb. Oyun boyu fəal təsir bağışlayan "Neftçi" hesabı 77-ci dəqiqədə baş hakim Əfqan Həmzəyevin təyin etdiyi penalti zərbəsi ilə bərabərləşdirib. Adrian Neaqa Unibank Premyer Liqasında 10-cu, penalti ilə 6-cı qolunu vurub. Nəticədə rumıniyalı futbolçu bombardirlər sırasında liderliyini möhkəmlədib.

    Bu heç-heçədən sonra turnir cədvəlinin ön pillələrində "ikihakimiyyətlilik" yaranıb. "Xəzər-Lənkəran"la "İnter" 1-2-ci, "Bakı" ilə "Qarabağ" isə 3-4-cü yerləri bölüşdürürlər. 5-ci pillədə qalmasına baxmayaraq, xallarını 12-yə çatdıran "Neftçi" 6-cı pillədəki "Qəbələ"dən 5 xal aralanıb.

    İkinci "6-lıq"dakı oyunda isə "Turan" Tovuzda "Muğan"a uduzub. Amma bu nəticə "Turan"ın 9-cu, "Muğan"ın isə 10-cu pillədəki mövqeyini dəyişdirməyib.

    12 mart (cümə)

    "Bakı" - "Qarabağ" - 2:0
    Silvinyo Joao De Karvalyo, 56. Fabio Luis Ramim, 76

    "Simurq" - "Karvan" - 0:0

    "Olimpik-Şüvəlan" - "Standard" - 1:2
    Mirko Bunyevçeviç, 37 - Riçard Riqelme, 68. Fərid Quliyev, 75

    "Xəzər Lənkəran" - "Qəbələ" - 4:1
    Allan Lalin, 22; 59. Emeka Opara, 75. Denis Kalinkov, 90 - Milan Antiç, 81

    13 mart (şənbə)

    "Turan" - "Muğan" - 1:2
    Nadir Nəbiyev, 84 - Vüsal Hüseynov, 53. Fərrux İsmayılov, 71
    Qırmızı vərəqə: Ekrem Hodziç, 63 ("Muğan")

    "İnter" - "Neftçi" - 1:1
    Bronislav Çervenka, 45 - Adrian Neaqa, 77-penalti ilə

    1 - 6-cı yerlər

    1. "Xəzər-Lənkəran" - 18 xal
    2. "İnter" - 18
    3. "Qarabağ" - 15
    4. "Bakı" - 15
    5. "Neftçi" - 12
    6. "Qəbələ" - 7.

    7 - 12-ci yerlər

    7. "Simurq" - 22
    8. "Olimpik-Şüvəlan" - 18
    9. "Turan" - 16
    10. "Muğan" - 13
    11. "Standard" - 12
    12. "Karvan" - 6.

    Bombardirlər: Adrian Neaqa ("Neftçi") - 10 qol, Girts Karlsons ("İnter"), Allan Lalin ("Xəzər Lənkəran") - 8, Fərid Quliyev ("Standard"), Anatoli Doroş ("Olimpik-Şüvəlan"), Mario Souza ("Xəzər Lənkəran") - 7.

    LENT.AZ
0 0 0
```[cite: 10]