Hz.Əli (ə)

Son güncelleme:
  • 1.Peyğəmbər (s) belə buyurmuşdur : "Əlinin surətinə baxmaq ibadətdir".
    2. "Əli ibn Əbu Talibə (ə) bəslənən dostluq ve məhəbbət atəş kömürü yeyən kimi (yox edən kimi ) , günahları yeyər (yox edər) ".
    3."Qiyamət günü dost və sevimli olmasına görə əzəmət paltarı geyindiriləcək ilk şəxs İbrahimdir , sonra mənəm , məndən sonra isə mənimlə İbrahim arasında əzəmət ve vüqarla behiştə doğru xuraman-xuraman hərəkət edən Əli ibn Əbu Talibdir ".
    4."Mən elmin mizanı və tərəzisiyəm . Əli onun iki gözü , Həsən və Hüseyn onun bəndi və kəndiri , Fatimə isə onun əlaqə və rabitə vasitəsidir
    5."Hikmət on hissəyə bölünür : onun doqquzu Əliyə (ə) əta olunmuşdur , biri isə bütün insanlara ".
    6."Əli ibn Əbu Talib behiştdə bir dan ulduzu kimidir ki, dünyanın insanları üçün parlayır və nur saçır ".


    Nəhcül-bəlağədən xütbə"Allaha and olsun ki filan kimsə, xilafətə görə yerimin, dəyirman daşının mili kimi olduğunu bildiyi halda xilafəti bir köynək kimi geyindi. Halbu ki sel məndən axar və heç bir quş mənim uçduğum yerlərə uça bilməzdi. Mən də xilafətlə arama bir pərdə çəkdim, ondan üz çevirdim.
    Başladım düşünməyə; kəsilmiş əlimlə hücuma mı keçim, yoxsa qapqaranlıq korluğa səbr mi edim? Elə bir qaranlıq ve korluq ki bu, tilsimi tamamıyla məhv edər, balacanı bütövlüklə yaşlandırar, mömin kimsə də, Rəbbinə yetincəyə qədər bu qaranlıq korluqda zəhmətdən zəhmətə düşər.
    Gördüm ki səbr etmək ağla daha yatır, səbr etdim. Amma gözümdə tikan vardı, boğazımda sümük. Mirasımın yağmalandığını görürdüm. Ta ki birincisi yolunu tamamlayıb, onu özündən sonrakı filana verdi, getdi.



    Nə qədər qəribə! Yaşarkən xalqın onu buraxmasını istərdi. Amma ölümündən sonra yerinə başqalarının keçməsi təşəbbüs edildi. Bu iki insan xilafəti dəvənin iki məməsi kimi öz aralarında paylaşdılar. Xilafəti elə sərt ve qaba bir yerə atdı ki sərtliyi insanı dərindən yaralar, olduqca kobud davranırdı
    Xilafəti boyunca daim yıxıldı, büdrədi. Və büdrədikcə üzr dilədi, Xilafət sahibi, huysuz bir dəvəyə min¬mişə bənzərdi. Elə bir dəvə ki ipini çəksə burnu yırtı¬lar, yaralanardı, dizginlərini salsa nəfsini yoxluğa, həlakə atardı.
    Allahın varlığına and olsun ki insanlar onun zamanında ixtilafa düşdü, rəngdən, rəngə büründü ve bir-birini günahlandırdı. Amma mən bu uzun zaman boyunca bir çox zəhmətə düşməyimə rəğmən yenə də səbr etdim. Amma o da yolunu qət etdi və xilafəti bir cəmiyyətə buraxdı ki mənim də o çoxluqdan biri olduğumu hesab edirdi.
    Allahım sənə sığınıram, nə şura idi bu! Mənim haqqımda birincisiylə nə zaman şübhə hasil oldu ki bu cür kimsələrlə eyni tutuldum mən! Amma buna rəğmən (quşlar kimi) enərlərkən onlarla endim, uçarlarkən onlarla uçdum. İçlərindən biri (Sad Əbu Vaqqas) həsəd və kinindən ötrü doğru yoldan azdı, o birisi (Abdürrəhman Əvf də) kürəkəni olduğundan ona meyl etdi, o biriləri də elə şeylər etdilər ki söylənməsi belə çox çirkin...



    Sonra onların üçüncüsü iki yanı şişmiş bir halda qalxdı. Yediyi yerlə kirlətdiyi yer arasında yaşadı.
    Onunla bərabər atasının oğulları da (mənsubu olduğu Ümeyyə oğulları da) işə girişdilər. Allahın malını dəvənin yazda otlaq, çayır, çəməni yeyib həzm etdiyi kimi yeyib həzm etdilər. Sonunda onun da ipləri açıldı. Əməlləri işi¬ni bitirdi. Qarnının dolması onu yerə sərdi.
    Bu zaman xalq toplu şəkildə hər tərəfdən ətrafıma axdı, az qalsın izdi¬hamdan Həsən və Hüseyn ayaqlar altında qalacaqdı. İki tərəfımdə yaralar meydana gəldi.
    Amma işi əlimə alınca bir bölük yenə beyətdən döndü, ahdini bozdu. Başqa bir bölük ox yaydan çıxan kimi cıxdı, digərləri də zülmə düçar oldular.
    Sanki onlar hər cür nöqsan sifətlərdən münəzzəh olan Allahın "Budur axirət yurdu; biz onu yer üzünde ucalıq ve pozğunçuluq diləməyənlərə veririk."(Qəsəs: 83) və "Aqibət təqva sahiplərinindir."(Əraf: 128) buyurduğunu eşitməmişdilər!Bəli, and olsun Allaha əlbəttə eşitdilər ve anladılar da. Amma dünya gözlərinə bəzənmiş bir şəkildə gö¬ründü, onun bəzəntisi xoş gəldi onlara.
    Bəli, toxumu yarana və insanı yaradana and olsun ki əgər bu kütlə beyət üçün toplanmasaydı, yardımçıların varlığıyla hacət iqamə edilməsəydi və Allah zalımları cəzalandırarkən, məzlumların aclıqdan qırılmasına (mane olması) xüsusunda alimlərdən söz almasaydı xilafət dəvəsinin yəhərini belinə atar, tərk edərdim. Xilafətin sonunu ilk qəsəsiylə suvarardım (Daha öncə arxasınca qaçmadığım kimi indi də arxasınca qaçmaz, onu tez tərk edərdim.)
    Sizlər də bilirsiniz ki sizin dünyanızın dəyəri mənim üçün keçinin burnundan gələn su qədər dəyərsizdir.
0 0 0