Qadının Xeyirlisi

Son güncelleme:
  • Qadınların ən xeyirlisi...? Peyğəmbər (s.ə.v.):

    "Qadınların ən xeyirlisi, əri ona baxdığı zaman məsrur olar, bir şey söylədiuində əmrini yerinə yetirər. Namusunda və maliyyəndə, ərinin xoşlamadığı bir hərəkətdə də eləməz." buyurar.

    Başqa bir hədisi şəriflərində:

    "Dünyanızdan mənə üç şey sevdirildi; qadın, gözəl qoxu və gözümün nuru namaz." buyurmaqla, qadına sevgi, hörmət və şəvqət göstərilməsi gərəktiyinə diqqəti çəkmişdilər.

    "Dünyanın hamısı əmtəə, əşyadır. Və Dünyanın ən xeyirli varliği isə, salehə qadındır." hədisi şərifi də, Islamın qadına verdiyi böyük qiymətin bir başqa ifadəsidir.

    Salehə qadınların hüzur,dinclik və sakitlik qaynağı olduğlarına işarətlə rəsuli Əkrəm (s.a.s.): "Cənab-i Haqq hər kimə yaxşı bir yoldaş nəsib etmişsə, onun ayaqda durmasına və dininin yarısına yardım etmişdir.(Dininin digər) yarısını da özü çalisaraq mühafizə etsin və Allahdan qorxsun." buyurmuşdular.

    Bu mənada digər bir hədisi şərifdə də belə buyurular:

    "Dörd şey kimə verilmişsə, ona dünya və axirətin xeyiri verilmiş olar; Şükr edən ürək, Allahı anan dil, bəlaya səbr edən bədən, namusunda və ərinin maliyyəndə xəyanət etməyən qadın."
0 0 0