Aslan Aslanov

Son güncelleme: 15.03.2010 00:13
  • noimage

    Aslanov Aslan Əhməd oğlu - jurnalist, əməkdar mədəniyyət işçisi, AzərTAc-ın Baş direktoru.

    Həyatı

    Aslan Aslanov 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 30 ildən artıqdır ki, mətbuatda çalışır. 1975-ci ildən 1990-cı ilədək Ağcabədi, Zərdab, İmişli rayon qəzetlərində, 1990-cı ilin dekabrından 1992-ci ilin noyabrınadək "Xalq qəzeti"ndə işləyib. 1992-ci ildə AzərTAC-da müxbir kimi işə başlayıb, sonra baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb. 1997-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Sərəncamı ilə AzərTAC-ın baş direktorunun birinci müavini, 2002-ci ilin oktyabrında isə baş direktoru təyin olunub.

    1993-cü ildən 2002-ci ilədək Azərbaycan prezidenti Heydər Əliyevin xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AzərTAc-ın xüsusi müxbiri kimi iştirak edib.

    "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb, "Tərəqqi" medalı ilə təltif edilib. Jurnalistika sahəsində Həsən bəy Zərdabi adına və "Qızıl qələm" mükafatlarının laureatıdır.

    "Heydər Əliyev və AzərTAc", "AzərTAC-dan AzərTAC-a mürəkkəb və şərəfli yol" kitablarının, eləcə də Azərbaycan mətbuatının problemlərinə həsr olunmuş çoxsaylı məqalələrin müəllifidir. 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
#15.03.2010 00:13 0 0 0